Səhiyyə Nazirliyi vaksinasiya sahəsində yeniliklərlə bağlı məlumatlar yayıb

Səhiyyə Nazirliyi vaksinasiya sahəsində yeniliklərlə bağlı məlumatlar yayıb

“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir.
Səhiyyə Nazirliyi bu sahədə tətbiq olunan yeniliklərlə bağlı əhaliyə bir neçə müraciət ünvanlayıb.
Birinci məlumatda deyilir ki, Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası cari epidemioloji vəziyyəti, Avropa Dərman Agentliyinin və Amerika Ərzaq və Dərman Administrasiyasının yeniyetmələrə mRNT “Pfizer” (“Comirnaty”) peyvəndinin vurulmasına rəsmi icazələrini nəzərə alaraq qərar qəbul edib.
Sənəddə deyilir ki, müvafiq tibbi göstərişlərə və hər iki valideynin razılığına əsasən, 12-15 yaşı tamam olmuş yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə mRNT “Pfizer” (“Comirnaty”) peyvəndi vurula bilər. Bu yaşda yeniyetmələrin vaksinasiyasının mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılması nəzərdə tutulub.
Səhiyyə Nazirliyinin digər məlumatında bildirilir ki, koronavirusun daha yoluxucu "Delta" ştamının gündəmdə olması virusla daha ciddi mübarizə aparılmasını zəruri edir. Bundan əlavə, mövsümlə əlaqədar havanın dəyişməsi də epidemiyanın daha geniş yayılması riskini artırır.
Digər tərəfdən, koronavirusa qarşı istifadə olunan peyvəndlərin effektinin müəyyən müddətdən sonra azaldığı da araşdırmalarla sübuta yetirilib. Buna görə də xəstəliyə qarşı immuniteti artırmaq üçün 3-cü (buster, gücləndirici) dozanın vurulması ehtiyacı yaranır. Məlumatda bildirilir ki, Türkiyə, Çin, Avstriya, Belçika, Finlandiya, Macarıstan, Rusiya, İspaniya və İsveçrədə də artıq 3-cü gücləndirici doza vaksinasiyaya start verilib.
Son elmi tədqiqatların nəticələrini və COVID-19 virusunun mutasiyaya uğramasını nəzərə alaraq, Səhiyyə Nazirliyi artıq 2 doza vaksin almış və risk qrupuna daxil olan vətəndaşları, xroniki xəstəliyi olanları, bütün tibb işçilərini və yaşı 50-dən yuxarı olan əhalini 3-cü doza (buster doza) ilə peyvəndlənməyə çağırır.
Qeyd olunur ki, üçüncü doza üçün Azərbaycanda tətbiq edilən bütün vaksinlərdən istifadə oluna bilər.
Səhiyyə Nazirliyinin daha bir məlumatında isə qeyd edilir ki, son elmi tədqiqatların nəticələrini, bir sıra ölkələrin (ABŞ, İsrail, Belçika, İtaliya, Böyük Britaniya, Sinqapur, Yaponiya və s) vaksinasiya təcrübəsini, Ümumdünya Səhiyyə Təşkilatının, CDC-nin və FDA-nın tövsiyələrini nəzərə alaraq, Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası risk qrupuna daxil olan hamilə qadınlara (yaşı 35-dən yuxarı olanlar, piylənmə, diabet, hipertenziya, böyrək və qaraciyər xroniki xəstəliklərindən, autoimmun sistem xəstəliklərindən əziyyət çəkənlər, çoxdöllü hamiləliyi olanlar və s.) hamiləliyin 12 həftəsindən sonra mRNT “Pfizer” (“Comirnaty”) vaksini ilə peyvənd olunmağı tövsiyə edir.
Risk qrupuna daxil olmayan hamilə qadınlar da hamiləliyin 12 həftəsindən sonra yazılı razılıqları əsasında mRNT “Pfizer” (“Comirnaty”) vaksini ilə peyvənd oluna bilərlər.
Qeyd edilir ki, hamilə qadınlar peyvənd olunduqda, onların əks-göstəriş sertifikatı vaksin sertifikatı ilə əvəzlənəcək.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova