“Qarışıq insan qalıqlarının məhkəmə-tibbi ekspertiza analizi”

“Qarışıq insan qalıqlarının məhkəmə-tibbi ekspertiza analizi”

Bu mövzuda nəzəri-praktik təlim keçirilib


Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində (MTEPAB) “Qarışıq insan qalıqlarının məhkəmə-tibbi ekspertiza analizi” mövzusunda nəzəri-praktik təlim keçirilib.
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) və MTEPAB-nin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə ölkənin müxtəlif dövlət qurumlarının, o cümlədən Baş Prokurorluq, Hərbi Prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Daxili İşlər Nazirliyinin Kriminalistika İdarəsi, Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzi və digər əlaqədar qurumların nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən BQXK-nın Azərbaycandakı nümayəndəliyinin başçısı xanım Arian Bauer, MTEPAB-nin baş direktoru, professor Ədalət Həsənov, BQXK-nın məhkəmə-tibbi ekspertiza məsələləri üzrə regional koordinatoru xanım Olqa Lucia Barragan Amaya (Kolumbiya) və BQXK-nın məhkəmə-tibbi ekspertiza məsələləri üzrə regional koordinatoru Uyum Vehit (Şimali Kipr Respublikası) qeyd ediblər ki, təlimin məqsədi skeletləşmiş insan qalıqlarının identifikasiyasına şərait yaratmaq və dəstək göstərmək üçün qarışıq insan qalıqları kimi mürəkkəb işlərin məhkəmə-tibbi ekspertiza analizi sahəsindəki ən qabaqcıl təcrübələri tətbiq etməkdir.
Mürəkkəb işlərin antropoloji analizi və məhkəmə-tibbi genetikası sahəsinə aid olan beşgünlük təlim dünyanın bir çox ölkələrində təcrübə qazanmış beynəlxalq məhkəmə-tibb eksperti Mersedes Salado (Argentina) tərəfindən aparılıb.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova