Tibb işçilərinin sertifikasiyası imtahanlarında dəyişiklik edilib

Tibb işçilərinin sertifikasiyası imtahanlarında dəyişiklik edilib

Tibb işçilərinin sertifikasiya imtahanlarında müəyyən dəyişikliklərin edilməsi nəzərdə tutulub. Belə ki, Nazirlər Kabinetinin ixtisasların təsnifatında etdiyi dəyişikliklərə əsasən, rezidentura üzrə 18 yeni ixtisas əlavə olunub. Buna müvafiq surətdə sertifikasiya imtahanlarında da yeni ixtisaslar üzrə imtahanlar təşkil edilməlidir.
Bu barədə Səhiyyə Nazirliyinin Sertifikasiya mərkəzinin rəhbəri Murad Mirzəzadə nazirliyin İnstaqram hesabında "Tibb işçilərinin sertifikasiya imtahanlarındakı yeniliklər" mövzusundakı çıxışı zamanı məlumat verib.
M.Mirzəzadə bildirib ki, tibb işçilərinin sertifikasiyası imtahanları üçün tapşırıqların tərtib edilməsi istiqamətində işlər aparılır: “Yekun qərarlarla bağlı tibb ictimaiyyətinə dəqiq məlumat veriləcək. Əsas dəyişiklik pediatriya və stomatologiya sahəsindədir”.
Komissiyadan məlumat verilib ki, baza ali təhsil pilləsində tibb təhsilini bitirən, internatura və ya rezidenturası olmayan həkim namizədlər üçün müvafiq olaraq müalicə işi, pediatriya (baza), tibbi profilaktika (ictimai səhiyyə) və stomatologiya (baza) ixtisasları üzrə imtahanların keçirilməsi planlaşdırılır.
“Baza tibb təhsili üzrə ilk sertifikasiya imtahanlarının bu ilin oktyabr ayında keçirilməsi nəzərdə tutulub. İmtahan sualları hazırdır. Onu da qeyd edim ki, baza tibb təhsili üzrə sertifikasiya imtahanı üçün tərtib edilən suallar klinik mövzuludur”, - deyə Sertifikasiya mərkəzinin rəhbəri qeyd edib.
Sertifikasiya komissiyasının yeniliyinə əsasən, şüa diaqnostikası ixtisası üzrə keçirilən imtahanlarda da dəyişiklik nəzərdə tutulub. Bu ixtisas üzrə həkimlərin fərqli cihazlarda çalışdıqlarını nəzərə alaraq, həmin imtahan iştirakçılarının tapşırıqları fərqli formatda hazırlanacaq. İmtahanda təqdim edilən suallar əsas etibarilə mütəxəssisin çalışdığı cihaz üzrə, digərləri isə ümumi şüa diaqnostikası ixtisası üzrə tərtib olunacaq.
Məlumata əsasən, hazırda Sertifikasiya komissiyasında imtahana hazırlıq təlimləri və sınaq imtahanları keçirilir.
Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarında edilən dəyişiklik əsasında, rezidentura səviyyəsi üzrə 18 yeni ali tibb ixtisası əlavə olunub. Həmin ixtisaslar ailə təbabəti, nüvə təbabəti, endodontiya, parodontologiya, restorativ stomatologiya, ortopedik stomatologiya, uşaq stomatologiyası, ortodontiya, uşaq və yeniyetmə psixiatriyası, neonatologiya, uşaq endokrinologiyası, uşaq kardiologiyası, uşaq nefrologiyası, uşaq nevrologiyası, uşaq qastroenterologiyası, uşaq urologiyası, uşaq yoluxucu xəstəliklər və uşaq ürək-damar cərrahiyyəsidir.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova