Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə Məlumatı
![Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə Məlumatı](/uploads/posts/2021-10/1633691756_16311078932517345646_1000x669.jpg)
Hazırda “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq, ölkə üzrə peyvəndlənmə prosesi davam edir.
Sentyabrın 8-dən etibarən son 5 ayda COVID-19 testi pozitiv çıxmış şəxslər də vaksinasiya oluna bilərlər. Bunun üçün randevu.its.gov.az saytına daxil olaraq, koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürmək lazımdır.
“İmmunitet sertifikatı”nın etibarlılıq müddəti 6 aydır. İmmunitet və peyvənd sertifikatları 24 saat ərzində elektron sistemdə öz əksini tapır.