COVID-19 qaraciyərdəki patoloji prosesləri ağırlaşdıra bilər

COVID-19 qaraciyərdəki patoloji prosesləri ağırlaşdıra bilər

Yeni növ koronavirus (COVID-19) infeksiyası qaraciyərdəki patoloji prosesləri ağırlaşdıra bilər. Ona görə də remissiya mərhələsində olan qaraciyər xəstələrinə (hətta sirrozlu xəstələrə) COVID-19 əleyhinə peyvəndin vurulması tövsiyə edilir.
Bunu Bakı Sağlamlıq Mərkəzinin hepatoloqu Gülnarə Ağayeva söyləyib.
Həkim-hepatoloqun dediyinə görə, COVID-19, ilk növbədə, ağciyərlərdə iltihab və mikrosirkulyasiyanın pozulmasına səbəb olsa da, xəstələrin başqa orqanlarında da ciddi dəyişikliklər yarana bilər. Bunların arasında qaraciyərdəki zədələnmələri xüsusilə qeyd etmək lazımdır. Biokimyəvi testlərdə yüksəlmə və qaraciyər funksiyasının pozulması sağlam orqanizmlərdə də halsızlıq, iştahanın itməsi, ümumi zəiflik yarada bilər. Qaraciyər xəstəlikləri olanlarda isə bu dəyişikliklərin daha ciddi fəsadlara gətirib çıxarma ehtimalı çoxdur. Sirrozlu xəstələrdə qaraciyər ensefalopatiyası, assit, qida borusunun varikoz genişlənmiş damarlarından qanaxmanın baş verməsi kimi təhlükəli vəziyyətlər yarana bilər. Buna görə də xroniki qaraciyər xəstəliklərinin remissiya mərhələsində olan xəstələrə COVID-19 əleyhinə vaksinasiya olunmaqla bu fəsadlaşmalardan sığortalanmaq məsləhətdir”.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova