Bakıda koronavirus üzrə II Avrasiya konfransı keçirilib

Bakıda koronavirus üzrə II Avrasiya konfransı keçirilib

Bakıda “Koronavirus infeksiyasının pandemiyası: diaqnostika, müalicə və ağırlaşma halları” mövzusunda ikinci Avrasiya konfransı keçirilib. Tədbirdə Azərbaycanla yanaşı, xarici ölkələrdən mütəxəssislər də iştirak ediblər.
Toplantıda əvvəlcə Səhiyyə Nazirliyi, TƏBİB və ÜST-nin yerli ofisinin nümayəndələri açılış nitqi ilə çıxış ediblər. Elmi toplantıda Azərbaycan Tibb Universiteti, İsrail, Qazaxıstan, Rusiya, Moldovanın tibb üzrə ali təhsil müəssisələrinin rəhbərlərinin, tanınmış professorların koronavirus infeksiyası ilə bağlı müxtəlif mövzularda məruzələri dinlənilib.
Beynəlxalq konfransda Azərbaycan Tibb Universitetinin əməkdaşları - professor Rafiq Çobanov “COVID-19-la mübarizədə aparılan karantin tədbirlərinin əhalinin sağlamlığına təsiri”, professor Nərgiz Hüseynova “COVID-19-un bağırsaq formasının orqanizmin immun vəziyyətinə təsiri”, Həyat Əliyeva “COVID-19-a yoluxan pasiyentlərdə helikobakteriozun öyrənilməsi” mövzusunda maraqlı məruzələrlə çıxış ediblər.
Konfrans zamanı həmçinin SARS-CoV-2 infeksiyasına yoluxmadan sonrakı dövrdə anticisimlərin səviyyəsi, kompüter tomoqrafiyası zamanı döş qəfəsində iltihabın diaqnostikasının meyarları, COVID-19 xəstələrində bakterial koinfeksiyalar, uzunmüddətli COVID pasiyentlərinin izlənməsi, virusun yeni ştamları ilə bağlı məlum faktlar ətrafında müzakirələr aparılıb.


Xəbəri paylaş




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova