Avropa İttifaqı və ÜST Azərbaycana infeksiyaların profilaktikası və nəzarət üzrə dəstək göstərir

Avropa İttifaqı və ÜST Azərbaycana infeksiyaların profilaktikası və nəzarət üzrə dəstək göstərir

Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən “Sağlamlıq üçün həmrəylik təşəbbüsü” və “COVID-19-a qarşı peyvəndləməyə dəstək” layihələri çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkə ofisi, ÜST-nin Səhiyyədə Fövqəladə Hallar Proqramının Cənubi Qafqaz üzrə Mərkəzi ilə birlikdə münaqişənin təsirinə məruz qalmış 5 rayonda (Bərdə, Ağdam, Füzuli, Tərtər və Ağcabədi), həmçinin Abşeron və Bakıdakı səkkiz COVID-19 peyvənd məntəqəsində və beş ilkin səhiyyə müəssisəsində infeksiyaların profilaktikası və nəzarət üzrə vəziyyəti qiymətləndirib.
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyindən bildirilib ki, COVID-19 peyvənd məntəqələrinin qiymətləndirilməsi peyvəndlərin pasiyentlərə COVID-19 və ya digər infeksiya riski olmadan təhlükəsiz şəkildə vurulmasını təmin etmək üçün aparılıb. İlkin səhiyyə mərkəzlərindəki qiymətləndirmə yerli tərəfdaşların tələbi ilə yaradılacaq ilkin səhiyyə üzrə milli bələdçinin hazırlanmasına istiqamət verəcək. Qiymətləndirmələr zamanı əl gigiyenasına dair maarifləndirici materiallar paylanılıb və tibb işçilərinə əl gigiyenası ilə bağlı ən son tövsiyələr verilib.
25 ilkin səhiyyə işçisi və vaksinator üçün infeksiyanın profilaktikası və nəzarət prinsiplərinə dair açıq havada təlimlər keçirilib. Fiziki məsafə saxlanılmaqla təşkil olunan təlimlərdə infeksiyaya nəzarət və əl gigiyenası, peyvəndlərin təhlükəsiz inyeksiyası və cəmiyyətin COVID-19-dan qorunması prinsiplərindən bəhs edilib.
Bundan əlavə, Bərdə, Tərtər və Ağdam rayonlarındakı Gigiyena və Epidemiologiya mərkəzlərində epidemioloji müşahidə, yoluxma hallarının araşdırılması və təmasın izlənməsi üzrə qiymətləndirmələr aparılıb. Müəssisələrdəki peyvənd anbarlarının lazımi temperaturda saxlanılması və peyvəndlərin təhlükəsiz şəkildə tədarük olunması da yoxlanılıb.
Bu fəaliyyətlər ölkədəki mövcud fövqəladə hallar bitəndən sonra da infeksiyanın qarşısının alınması və nəzarət, o cümlədən epidemioloji müşahidə sisteminin təkmilləşdirilməsinə yardım edəcək.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova