“Autizm spektr pozuntularında koqnitiv və həssas proseslər” mövzusunda konfrans keçirilib
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən “Autizm spektr pozuntularında koqnitiv və həssas proseslər“ mövzusunda onlayn formatda konfrans keçirilib.
İSİM-in mətbuat xidmətindən verilən məlumata görə, iki gün davam edən konfrans autizm pozuntusu olan uşaqları və bu səbəbdən əlilliyi erkən aşkarlamaq, ilkin səhiyyə xidmətlərini yaxşılaşdırmaq, ölkənin şəhər və rayonlarının müəssisələrində çalışan tibb mütəxəssislərinin peşəkarlıq səviyyəsini yüksəltmək, nəzəri və praktiki bacaraqlarını təkmilləşdirmək məqsədi daşıyıb.
Təlimlər Azərbaycan və Türkiyə mütəxəssisləri tərəfindən aparılıb. Məruzələrdə autizm spektr pozuntusu anlayışı, klinik göstəriciləri, genetik və çevrə amilləri barədə geniş məlumat verilib, erkən diaqnostikanın vacib rolu qeyd olunub.
Onlayn konfransın sonunda iştirakçıların sualları cavablandırılıb, səmərəli fikir mübadiləsi aparılıb.