Rusiya səhiyyə naziri Seçenov Universiteti Bakı filialının Təlim və Simulyasiya Mərkəzində olub

Rusiya səhiyyə naziri Seçenov Universiteti Bakı filialının Təlim və Simulyasiya Mərkəzində olub

Azərbaycanda səfərdə olan Rusiyanın səhiyyə naziri Mixail Muraşko İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universiteti) Bakı filialının bazasında fəaliyyət göstərən Təlim və Simulyasiya Mərkəzində yaradılan şəraitlə tanış olub.
Diqqətə çatdırılıb ki, bu Mərkəz gələcək həkimlərin praktik bacarıqlarını artırmaq və simulyasiya təlimindən istifadə edərək müxtəlif tibb peşələri üzrə mütəxəssislərin ixtisas səviyyəsini yüksəltmək üçün yaradılıb. Praktik təlimlər və əldə edilmiş bacarıq və qabiliyyət səviyyəsinin qiymətləndirilməsi üçün ən müasir texnologiyalara malik olan Simulyasiya Mərkəzinin işçiləri xarici ölkələrin səhiyyə mütəxəssislərinin zəngin təcrübəsindən yararlanıblar.
Daha sonra rusiyalı nazir mərkəzin endoskopiya, ultrasəs müayinəsi, ginekologiya, reanimasiya, ilk yardım və təcili yardım otaqlarında robot-simulyatorlar üzərində tələbələrin keçirdikləri manipulyasiyaları izləyib.
Təlim və Simulyasiya Mərkəzində yaradılan şəraitdən məmnun olduğunu bildirən Rusiyanın səhiyyə naziri Mixail Muraşko mərkəzin kollektivinə uğurlar arzulayıb.
Rusiya Federasiyasının səhiyyə naziri Mixail Muraşko Azərbaycan jurnalistlərinin suallarını cavablandırarkan deyib ki, tibbi kadrların hazırlanması Rusiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin inkişafında mühüm mərhələdir.
Nazir bildirib ki, səfərinin əsas məqsədi tibb mütəxəssislərinin hazırlanmasına 6 il ərzində sərf edilən səylər üzrə nəticələrin ümumiləşdirilməsi olub. “Bu gün 87 nəfər ali tibb təhsili diplomu alıb. Bu, dostluq münasibətlərimizin inkişafında mühüm bir mərhələdir", - deyə o vurğulayıb.
Səfərin daha bir məqsədinin Azərbaycan Səhiyyə Nazirliyi ilə yol xəritəsinin imzalanması olduğunu bildirən nazir deyib: “Son illərdə bizim aktiv əlaqələrimiz, birgə layihələrimiz olub. Qarşıdakı münasibətlər üzrə hədəflərin inkişafı ilə bağlı müəyyən dəqiq məqamları olan xüsusi bir yol xəritəsi imzalanıb”, - deyə nazir bildirib.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova