Peyvəndləmə müddətində heç bir səhiyyə qurumuna vaksinasiyanın ciddi fəsadları ilə bağlı müraciət olunmayıb

Peyvəndləmə müddətində heç bir səhiyyə qurumuna vaksinasiyanın ciddi fəsadları ilə bağlı müraciət olunmayıb

İlk günlər koronavirus əleyhinə vaksinlərlə bağlı mənfi düşüncələrlə mübarizə aparmaq çox çətin idi. İnformasiyanın bolluğu, xüsusilə doğru olmayan məlumatların çoxluğu səbəbindən vətəndaşlar kimə inanacaqlarını bilmirdilər. Zaman keçdikcə vaksinasiya olunan insanların öz şəxsi təcrübələrini qohumları, ətrafları ilə paylaşması nəticəsində onlar danışılan “nağılların” özünü doğrultmadığına şahid oldular.
Ölkəmiz tərəfindən vaksin seçilərkən təhlükəsizliyə və kifayət qədər anticisimlərin yaranmasına üstünlük verilib. Demək olar ki, vaksinasiyanın fəsadları, yan təsirləri ilə bağlı mifləri qırmışıq. Yanvar ayından bəri heç bir səhiyyə qurumuna peyvəndləmənin ciddi fəsadı ilə bağlı müraciət olunmayıb.
Bunu Səhiyyə Nazirliyinin COVID-19-la mübarizə üzrə işçi qrupunun üzvü Günay Quluzadə deyib.
Nazirliyin nümayəndəsi bildirib ki, əlavə təsirlər hər bir vaksinə xasdır. Əslində, bu, bədənin yaranan anticisimlərə verdiyi cavab reaksiyasıdır: “Tibbi cəhətdən bədənin vaksinə reaksiya verməsi daha yaxşıdır. Çünki orada anticisimlər yaranır və immunitet qazanılır. Bu, bədənin virusa qarşı mübarizəsidir. Həkimlər hərarət müəyyən dərəcəyə qədər yüksələn zaman onu düşürməməyi tövsiyə edirlər. Çünki bu, orqanizmin verdiyi təbii cavab reaksiyasıdır”.
G.Quluzadə bildirib ki, gündəlik vaksinasiya tablosuna baxanda müraciətlərin kifayət qədər olduğunu və insanların qorxmadan vaksin oluna bildiyini müşahidə etmək mümkündür: “Burada maarifləndirmə işi hər zaman önəmlidir. Çünki tibb işçiləri digər əhali qruplarına nisbətən daha çox məlumatlıdırlar. Məlumatlandırma düzgün və dolğun aparılmalıdır ki, əhali doğru istiqamətə yönləndirilsin”.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova