Naxçıvan şəhərində modul tipli xəstəxana istifadəyə verilib

Naxçıvan şəhərində modul tipli xəstəxana istifadəyə verilib

Bu gün bütün ölkəmizdə olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da səhiyyənin inkişafı dövlət siyasətinin əsas prioritetlərindəndir. Müasir səhiyyə infrastrukturu və kadr təminatı burada tibbi xidmətin səviyyəsini xeyli yüksəldib. Muxtar respublikanın bütün yaşayış məntəqələrində vətəndaşların sağlamlığının qorunması istiqamətində görülən işlər insan amilinə verilən dəyərin ifadəsidir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirildiyinə görə, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin yoluxucu mərkəz kimi fəaliyyət göstərəcək modul tipli xəstəxanası istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tibb müəssisəsində yaradılmış şəraitlə tanış olub.
Məlumat verilib ki, 186 çarpayılıq modul tipli xəstəxana 3 əsas korpus və 4 yardımçı binadan ibarətdir. Əsas korpuslarda 83 palata, reanimasiya bölməsi, 16 yerlik yeməkxana, camaşırxana, inzibati və digər yardımçı otaqlar yerləşir.
Xəstəxana bütün zəruri müasir tibbi avadanlıqlarla təchiz olunub. Yardımçı binalarda konteyner tipli mobil oksigen generasiya sistemi, oksigen balonları üçün anbar, bakterioloji filtrli hava qurğusu və qazanxana quraşdırılıb.
Kompleks mərkəzləşdirilmiş havalandırma və istilik sistemi ilə təchiz olunub.
Ali Məclisin Sədri tibbi xidmətin təşkili və ərazidə yaşıllıqların artırılması barədə müvafiq tapşırıqlar verib.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova