Milli Məclisin sədri İƏT PA-nın İkinci Ümumi Konfransında çıxış edib

Milli Məclisin sədri İƏT PA-nın İkinci Ümumi Konfransında çıxış edib

Pakistanın paytaxtı İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) İkinci Ümumi Konfransı keçirilib.
Milli Məclisin Sədri Sahibə Qafarova konfransın açılış mərasimində çıxış edərək bildirib ki, bu gün dünya birliyi bir sıra ciddi təhdidlərlə qarşılaşır: “COVID-19 problemi beynəlxalq ictimaiyyət üçün gözlənilməz bir sınaq idi və bəşəriyyət bu pandemiyaya qarşı mübarizədə bütün gücünü toplamalı oldu. Azərbaycan COVID-19-a qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri olub. Ötən il Azərbaycan Prezidenti Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşlərinin və BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi İclasının keçirilməsinin təşəbbüskarı olub. Bu təşəbbüslər bir daha Azərbaycanın beynəlxalq həmrəyliyə və əməkdaşlığa sadiqliyini nümayiş etdirir”.
S.Qafarova qeyd edib ki, dünya ictimaiyyətinin üzləşdiyi çətinliklər artdıqca, onları həll etmək üçün daha təsirli və rasional yanaşmalar tapılmalıdır. Parlamentlər hərtərəfli əməkdaşlıq sayəsində bu baxımdan vacib rol oynayır və parlamentlər arasında əməkdaşlığın daha da dərinləşdirilməsinin bəşəriyyət üçün əhəmiyyəti artır.


Xəbəri paylaş




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova