Milli Məclisdə səhiyyə ilə əlaqədar bəzi qanunlara baxılıb

Milli Məclisdə səhiyyə ilə əlaqədar bəzi qanunlara baxılıb

İyun ayında Milli Məclisin növbədənkənar sessiyasının iclaslarında səhiyyə ilə əlaqədar olan bəzi qanunlar müzakirə edilib.
Parlamentin növbədənkənar sessiyasının ilk iclasında Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev gündəlikdəki mahiyyətcə bir-birinə yaxın olan, əlilliyin qiymətləndirilməsinin yeni meyarlarını və qaydalarını müəyyən edən, həmçinin əlaqəli qanunlarda bu müddəalardan irəli gələn uyğunlaşma xarakterli dəyişiklikləri nəzərdə tutan 7 qanun layihəsini müzakirəyə təqdim edib. Bildirib ki, Azərbaycanın da qoşulduğu “Əlillərin hüquqları haqqında” BMT Konvensiyasının, həmçinin milli qanunvericiliyin tələblərindən irəli gələrək hazırlanan 7 qanun layihəsi ümumilikdə 60 qanunda 197 dəyişikliyi nəzərdə tutur.
Komitə sədri qanun layihələrini ətraflı şərh etdikdən sonra iclasda müzakirələr başlanıb. Öncə layihələrin müzakirə olunduğu 11 komitənin rəyi öyrənilib. Komitə sədrləri Zahid Oruc və Siyavuş Novruzov, komitə sədrlərinin müavinləri Əli Məsimli, Qüdrət Həsənquliyev və Sahib Alıyev, deputatlar Razi Nurullayev, Azər Badamov və başqaları rəy və təkliflərini bildiriblər. Layihələr mütərəqqi qanun layihələri kimi dəyərləndirilib.
Qanun layihələri ayrı-ayrılıqda səsə qoyulub və birinci oxunuşda qəbul edilib.
Qeyd edək ki, dəyişikliklər təklif olunan qanunlar arasında səhiyyə qanunvericiliyinə aid olan “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında”, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında”, “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında”, “Onkoloji yardım haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında” və sair qanunlar da var.
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclaslarında həmin qanun layihələri təkrar müzakirə olunub və ayrı-ayrılıqda səsə qoyularaq ikinci və üçüncü oxunuşda qəbul edilib.


Xəbəri paylaş




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova