Azərbaycan Respublikasının Milli Məclisi Səhiyyə ilə bağlı qanunlara dəyişikliklər edib

Azərbaycan Respublikasının Milli Məclisi Səhiyyə ilə bağlı qanunlara dəyişikliklər edib

Azərbaycan Respublikasının Milli Məclisi ““Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Psixoloji yardım haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Qanun qəbul edib.
Sənədə əsasən, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Qanunun 1.0.2-ci, 4.1-ci və 6.6-cı maddələri, “Uşaqların icbari dispanserizasiyası haqqında” Qanunun 9.1-ci maddəsi yeni redaksiyada verilir. Həm bu, həm də digər qanunlara bir sıra digər dəyişikliklər də edilib.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev haqqında danışılan yeni qanunun tətbiqi, eyni zamanda, həmin sənəddə adı çəkilən qanunların tətbiqi ilə bağlı əvvəllər verdiyi fərmanlarda dəyişikliklər edilməsi ilə bağlı Fərman da imzalayıb. Bu sənədlə həmin qanunlarda “orqan (qurum)” dedikdə hansı qurumların nəzərdə tutulduğu müəyyən edilib.
Dövlət başçısı Milli Məclisin qəbul etdiyi ““Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında”, “Arıçılıq haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Təhsil haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” və “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Qanunu da imzalayıb.
Sənədə əsasən, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Qanunun 5.1-ci və 7.4-cü maddələri yeni redaksiyada verilir.
Həmin sənəddəki digər qanunlarda dəyişikliklər əsasən islahatlarla bağlı olaraq “səhiyyə orqanları” sözlərinin “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilməsindən ibarətdir.
Azərbaycan Prezidenti yeni qəbul olunan Qanunun tətbiq edilməsi, eləcə də bu Qanunla dəyişikliklər edilən qanunların tətbiqi ilə bağlı əvvəllər verilmiş fərmanlarda dəyişikliklər olunması haqqında Fərman da imzalayıb. Bu sənədlə həmin qanunlarda nəzərdə tutulan səlahiyyətli orqanlar müəyyən edilir.
Qəbul olunan daha bir sənəd ““Hərbi qulluqçuların statusu haqqında”, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında”, “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında” və “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunudur. Bu sənədlə həmin qanunlara uyğunlaşdırma xarakterli dəyişikliklər edilib.
Prezident İlham Əliyev yeni Qanunun tətbiqi və bir sıra müvafiq fərmanlarda dəyişiklik edilməsi barədə Fərman da imzalayıb. Bu sənədlə müəyyən edilir ki, “orqan (qurum)” dedikdə, hər bir qanunda konkret halda hansı qurum nəzərdə tutulur.
Milli Məslisin qəbul etdiyi daha bir sənəd ““Yol hərəkəti haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Turizm haqqında”, “Milli arxiv fondu haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Özəl tibb fəaliyyəti haqqında”, “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Gənclər siyasəti haqqında” və “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Qanundur. Bu sənədlərdə də “səhiyyə” sözü “tibb” sözü ilə, “səhiyyə orqanlarının” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)” sözləri ilə, “səhiyyə müəssisələri” sözləri “tibb müəssisələri” sözləri ilə və s. əvəz edilib.
Yeni Qanunun tətbiqi və əvvəllər qəbul olunmuş müvafiq fərmanlarda dəyişiklik edilməsi haqqında Prezident Fərmanı adıçəkilən qanunlarda icra hakimiyyəti orqanının səlahiyyətlərini həyata keçirən şəxsi, eləcə də “orqan (qurum)” dedikdə hansı qurumların nəzərdə tutulduğunu müəyyən edir.
Yeni Qanunun icrası ilə əlaqədar olaraq Prezident İlham Əliyev ““Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Sərəncam da imzalayıb. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planında 7.3.9.4-cü yarımbəndin “Digər icraçı qurumlar” sütununa və 7.4.4.5-ci, 7.5.3.1 – 7.5.3.3-cü yarımbəndlərin “Əsas icraçı qurum” sütununa “Səhiyyə Nazirliyi” sözlərindən sonra “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri əlavə edilib.
Dövlət başçısının daha bir Sərəncamı “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə” Dövlət Proqramının təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında”, “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”, “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”, “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın təsdiq edilməsi haqqında”, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”, “Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə 2018-2020-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında”, “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” və “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” sərəncamlarda dəyişiklik edilməsi barədədir. Dəyişikliklər əsasən dövlət proqramlarının icraçı orqanlarına edilən əlavələrlə bağlıdır. Həmçinin “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nın adında, onun təsdiq edilməsi haqqında” Sərəncamın adında və 1-ci hissədə, eləcə də proqramın 4.1.2-ci, 4.4.1-ci, 4.4.2-ci və 4.7.2-ci yarımbəndlərinin “İcra müddəti (illər üzrə)” sütununda “2020-ci” sözləri “2022-ci” sözləri ilə əvəz edilib.
Dövlət proqramları ilə bağlı qəbul edilən daha bir sənəd Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” və “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” fərmanlarında dəyişiklik edilməsi barədə Fərmandır. Bu sənədlərdə də bir sıra hallarda “səhiyyə” sözü “tibb” sözü ilə əvəz edilir, həmçinin tədbirlərin icraçılarına İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi əlavə olunur.
İyun ayı ərzində dövlət başçısının səhiyyə ilə bağlı imzaladığı daha bir sənəd “Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” 2006-cı il 25 may tarixli 413 nömrəli və “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Fərmandır. Sənədlərdə dəyişikliklər bu iki qurum arasında səlahiyyətlərin və vəzifə öhdəliklərinin bölünməsi, funksiyaların dəqiqləşdirilməsi ilə əlaqədardır.


Xəbəri paylaş




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova