“Zeytun Pharmaceuticals” Səhiyyə Nazirliyinə 50 min COVID-19 test dəsti verib
![“Zeytun Pharmaceuticals” Səhiyyə Nazirliyinə 50 min COVID-19 test dəsti verib](/uploads/posts/2021-06/1622796516_kktt.jpg)
Prezident İlham Əliyev ölkəmizdə COVID-19 virusu ilə mübarizə tədbirlərinə başlanılan ilk günlərdən etibarən ölkə vətəndaşlarının sağlamlığını, sosial təminatının qorunmasını əsas vəzifələr kimi müəyyənləşdirərək, dövlət qurumları və özəl sektora aid şirkətlərin diqqətini bu sahəyə yönəltməyi tapşırıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, “Zeytun Pharmaceuticals” MMC şirkəti ölkəmizdə yeni növ koronavirus infeksiyasının yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması istiqamətində dövlətə dəstək məqsədilə 50 min ədəd Türkiyə istehsalı olan “COVID-19 Ekstraksion Kiti Testi” və 50 min ədəd “RTqPCR Tespit Kiti Testi”ni təmənnasız olaraq nazirliyə təqdim edib.
Səhiyyə Nazirliyinin rəhbərliyi pandemiya ilə mübarizə dövründə “Zeytun Pharmaceuticals”ın dəstəyini təqdirəlayiq hesab edir, şirkətə dərin minnətdarlığını bildirir.