Milli Onkologiya Mərkəzinə beynəlxalq tədris və sınaq mərkəzi statusu verildi

Milli Onkologiya Mərkəzinə beynəlxalq tədris və sınaq mərkəzi statusu verildi
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi ilə Belçikanın dünyada şüa müalicəsinin istifadəsində fiksəedici avadanlıqları layihələşdirən və istehsal edən “Orfit Industries” şirkəti arasında əməkdaşlıq sazişi imzalandı.
Bu sazişlə Milli Onkologiya Mərkəzinə rəsmi olaraq beynəlxalq tədris və sınaq mərkəzi statusu verildi.
İmzalanma mərasimində çıxış edən şirkətinin prezidenti Steven Cuypers qeyd edib ki, beynəlxalq tədris və sınaq mərkəzi statusu ancaq ən müasir texnologiyalara, yüksək ixtisaslı kadrlara, xəstələrin müayinə və müalicəsində böyük təcrübəyə malik olan, beynəlxalq müalicə standartlarını həyata keçirən klinikalara verilir.
Milli Onkologiya Mərkəzinin direktoru, akademik Cəmil Əliyev rəhbərlik etdiyi klinikada qısa müddətdə onkoloji xəstələrə göstərilən tibbi xidmətin Qərb standartlarına cavab verən keyfiyyət göstəricilərinə qədər yüksəlməsini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu sosial siyasətin bariz nümunəsi kimi qiymətləndirib.
İmzalanan saziş bir daha Milli Onkologiya Mərkəzində onkoloji xəstələrə yardımın yüksək səviyyəsinin dünyanın lider klinikaları tərəfindən qəbul olunmasını təsdiq edir.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova