Ulu Öndər Heydər Əliyevə həsr olunan anım tədbiri keçirilib

Ulu Öndər Heydər Əliyevə həsr olunan anım tədbiri keçirilib

Azərbaycan Tibb Universitetində (ATU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş onlayn formatda tədbir keçirilib.
ATU-nun rektoru, professor Gəray Gəraybəyli Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı geniş məlumat verib. O, Ümummilli Liderin Azərbaycan tarixinin XX əsrin ikinci yarısı - XXI əsrin əvvəllərində ən görkəmli siması olduğunu qeyd edərək deyib: “Heydər Əliyev Azərbaycan tarixinə görkəmli siyasi və dövlət xadimi, dövlətimizi və dövlətçiliyimizi qoruyub saxlayan dahi rəhbər kimi daxil olub”.
Ulu Öndərin şərəfli ömür yolundan bəhs edən rektor onun gərgin dövlət quruculuğu fəaliyyətindən, Ermənistanın təcavüzü nəticəsində işğal olunmuş torpaqlarımızın azad edilməsi üçün səylərindən söhbət açıb: “Heydər Əliyevin ən böyük arzusu işğal altındakı torpaqlarımızın, xüsusilə Azərbaycanın incisi sayılan Şuşanın azad olunmasını görmək idi. Onun bu arzusunu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 44 gün ərzində reallaşdırdı. İllər ötəcək, əsrlər bir-birini əvəz edəcək, ancaq Heydər Əliyevin dahi siyasi xadim kimi əziz xatirəsi daim könüllərimizdə yaşayacaqdır”.
Anım tədbirində çıxış edən ATU-nun İctimai fənlər kafedrasının professoru Fəxrəddin Məmmədov Ulu Öndərin nəsillərə örnək olan həyat yolundan, Azərbaycan dövlətinin möhkəmləndirilməsi və dünyada öz layiqli yerini tutması istiqamətində göstərdiyi fəaliyyətdən söhbət açıb.
Xarici dillər kafedrasının müdiri, professor Zemfira Məmmədova Heydər Əliyev şəxsiyyətindən və onun dünya liderləri arasındakı nüfuzundan bəhs edib, ölkəmizdə ictimai-siyasi sabitliyin qorunub saxlanmasında göstərdiyi xidmətlərdən danışıb.
İctimai səhiyyə fakültəsinin tələbəsi Taleh Qasımov çıxışında Ulu Öndərin bütün sahələrə, o cümlədən təhsilin inkişafına böyük önəm verdiyini bildirib. Ümummilli Liderin Azərbaycan gənclərinin əsl vətəndaş kimi yetişməsi üçün lazımi şərait yaratdığını deyib.
Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü ərəfəsində ATU-da daha bir aksiya keçirilib. Universitetin rektoru professor Gəray Gəraybəyli və həkim-oftalmoloq Qurban İsmayılovun təşəbbüsü ilə hər il keçirilən və artıq ənənə halını alan bu tədbirdə bu dəfə aztəminatlı ailələrdən olan 17 tələbənin gözündə pulsuz olaraq zəruri cərrahiyyə əməliyyatı aparılıb.
Universitetin Tədris Cərrahiyyə Klinikasının Oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılov qeyd edib ki, əməliyyat edilənlərdən 2-si rezident, digərləri tələbələrdir. Onların gözündə eksimer lazer əməliyyatı icra olunub.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova