Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatı səhiyyə nazirlərinin videokonfransı keçirilib
![Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatı səhiyyə nazirlərinin videokonfransı keçirilib](/uploads/posts/2021-06/1622793604_1622447891d3.jpg)
Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatı çərçivəsində üzv ölkələrin səhiyyə nazirlərinin video-konfrans formatında görüşü keçirilib.
Görüşdə açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev videokonfrans iştirakçılarını salamlayıb, 2021-ci ilin pandemiya ilə mübarizə ili olduğunu qeyd edərək, Qoşulmama Hərəkatı çərçivəsində ictimai səhiyyə sahəsində qlobal səylərin birləşdirilməsinin əhəmiyyətini vurğulayıb: “Çoxtərəfli Hərəkatın dəstəyini təsdiqləyirik. Bunun təməlində Birləşmiş Millətlər Təşkilatı dayanır və sözü gedən qurumun Baş katibinin pandemiya ilə mübarizə planlarına və təşəbbüslərinə tam dəstəyimizi bildiririk. Bu qlobal problemi effektiv və vaxtında həll etmək üçün milli, regional və beynəlxalq səviyyədə razılaşdırılmış tədbirlərin görülməsi vacibdir”.
İclasda qonaq qismində dəvət edilmiş Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Gebreyesus və South Centre-nin icraçı direktoru çıxış edərək, pandemiya ilə mübarizədə iştirak edən tibb işçilərinə təşəkkür ediblər, COVID-19 ilə mübarizədə vaksinasiyanın əhəmiyyətini diqqətə çatdırıblar.
Konfransda Qlobal Səhiyyə Həmrəyliyi prinsipinə əsaslanan əməkdaşlıq bir daha vurğulanıb.