Səhiyyə naziri ilk rezident məzunlara diplomları şəxsən təqdim etdi

Səhiyyə naziri ilk rezident məzunlara diplomları şəxsən təqdim etdi
Səhiyyə və tibb elmi sahəsində 2011-ci ildən tətbiq olunan rezidentura mərhələsinin ilk məzunları Səhiyyə Nazirliyində bir araya gəldilər. Belə ki, Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev bu il ilk məzun olmuş 94 rezidentdən bir necəsini qəbul edərək, onlara ilk rezident diplomlarını gül dəstələri ilə yanaşı şəxsən təqdim etdi. Təqdimetməyə qısa çıxışla başlayan nazir, onlara bu şərəfli və məsuliyyətli işdə uğurlar arzuladı. O. Şirəliyev qeyd etdi ki, Azərbaycanda 2011-ci ildən ali tibb təhsili əsasında həkim mütəxəssislərin hazırlanması məqsədi ilə rezidenturaya qəbul həyata keçirilir. Rezidenturanın tətbiqi çətin olsa da, çox sevindiriçidir ki, bütün bunlar artıq arxada qalıb. Bu təhsil tibb sahəsində yüksək ixtisaslı mütəxəssis hazırlamaq üçün bütün dünyanın, Amerikanın, Avropanın və bizim də məmnuniyyətlə qəbul etdiyimiz bir yoldur.
Həkimlik peşəsi çox məsuliyyətli və çətin peşədir. Şükürlər olsun ki, ölkədə köklü dəyişikliklər olunur, əsaslı təmir olunan tibb müəssisələri əhalinin istifadəsinə verilir. Tibb sahəsində görülən işlər, yaradılan şərait, infrastruktur, yüksək təchizat tibb işçilərinə əhaliyə daha da keyfiyyətli tibbi xidmət göstərmək üçün şərait yaradır.
Sonda Oqtay Şirəliyev ilk rezident həkimlərin peşəkar mütəxəssislər olacağına əminliyini bildirərək onlara uğurlar arzuladı. Daha sonra diplomlar nazir tərəfindən məzunlara təqdim olundu.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova