Tibb müəssisələrində infeksiyaların profilaktikası və nəzarət tədbirləri qiymətləndirilib

Tibb müəssisələrində infeksiyaların profilaktikası və nəzarət tədbirləri qiymətləndirilib

İnfeksiyaların profilaktikası və nəzarət (İPN) tədbirlərinə riayət edilməsi müxtəlif virusların, o cümlədən COVID-19-a səbəb olan SARS-CoV-2 virusunun yayılmasının qarşısını almaq üçün çox vacibdir. COVID-19 pandemiyasına qarşı mübarizədə Azərbaycana davamlı texniki dəstək çərçivəsində, Avropa İttifaqı (Aİ) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) birgə layihəsi ölkəmizdəki bir sıra xəstəxanalarda İPN tədbirlərinin qiymətləndirilməsini aparıb. Avropa İttifaqının maliyyələşdirdiyi Sağlamlıq üçün Həmrəylik Təşəbbüsünün tərkib hissəsi kimi baş tutan qiymətləndirmə ÜST-nin Azərbaycandakı nümayəndəliyi tərəfindən, Səhiyyə Nazirliyi və TƏBİB-lə birgə təşkil edilib.
Qiymətləndirmə missiyası ölkənin müxtəlif bölgələrindəki cəmi on xəstəxananı, o cümlədən Bakıda iki, Şamaxıda bir və münaqişədən zərər çəkmiş Bərdə, Tərtər, Ağdam, Ağcabədi və Füzuli rayonlarında yerləşən yeddi xəstəxananı əhatə edib. Missiya üzvləri qeyd olunan tibb müəssisələrində xəstələrin skrininq və triajını, reanimasiya, doğum, sterilizasiya və cərrahiyyə şöbələrində İPN, eləcə də tibbi tullantıların idarə olunmasına dair tədbirləri qiymətləndiriblər. Münaqişədən zərər çəkmiş rayonlardakı xəstəxanaların direktorları ilə İPN tədbirlərilə bağlı ehtiyacların qarşılanmasında ən effektiv dəstək yolları müzakirə edilib. Bu ərazilərdə çalışan 100-dək səhiyyə işçisinə qiymətləndirmə zamanı müəyyən olunmuş prioritet istiqamətlər üzrə təlim keçilib.
Qiymətləndirmə missiyası Səhiyyə Nazirliyi və TƏBİB nümayəndələrinin, ÜST ekspertlərinin iştirakı ilə Bakıda keçirilən ikigünlük seminarla başa çatıb. Toplantıda ölkənin İPN-ə dair texniki sənədləri müzakirə edilib, ÜST ekspertlərinin tövsiyələri təqdim olunub. Missiyanın və müzakirələrin nəticəsi olaraq İPN sahəsində ölkəyə dəstəyin davam etdirilməsi, o cümlədən tibb müəssisələrinin maarifləndirici posterlərlə təmin olunması, xəstəxanalarda əl sanitariyası punktlarının yaradılması, ÜST-nin İPN-ə dair texniki sənədlərinin Azərbaycan dilinə tərcüməsi və yayılması, yerli səhiyyə işçiləri üçün vebinarlar silsiləsinin keçirilməsi qərara alınıb.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova