“İnfeksiyaların profilaktikası və nəzarət” üzrə ÜST-nin seminarı keçirilib

“İnfeksiyaların profilaktikası və nəzarət” üzrə ÜST-nin seminarı keçirilib

COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional ofisinin Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü layihəsi çərçivəsində “İnfeksiyaların profilaktikası və nəzarət” üzrə seminarı keçirilib.
Tədbirdə iştirak edən Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Mikrobiologiya və epidemiologiya kafedrasının müdiri, dosent Nigar Mütəlibova institutun əməkdaşlarının COVID-19 infeksiyasına qarşı mübarizədə iştirakı haqqında məlumat verib. O, ötən il mart-aprel aylarında Mikrobiologiya və epidemiologiya kafedrasında 384 həkim, 529 tibb bacısı, apreldə Terapiya, ailə təbabəti, yoluxucu xəstəliklər kafedrasının əməkdaşları tərəfindən 820 həkim və 510 orta tibb işçisi, iyunda Bakının 79 poliklinikasından 2100 həkim və orta tibb işçisi üçün COVID-19 infeksiyasına qarşı əks-epidemik tədbirlər, xəstələrə evdə qulluq haqqında onlayn təlimlər təşkil edildiyini bildirib. Qeyd olunub ki, PROACT layihəsi çərçivəsində institutun ayrı-ayrı kafedralarında COVID-19-la əlaqədar mühazirə və seminarlar indi də davam edir.
Toplantıda ÜST-nin ekspertləri tərəfindən hazırlanmış COVID-19 epidemiyası zamanı infeksiyalara nəzarət və profilaktikaya aid geniş sorğuda tibb işçilərinin infeksion nəzarət haqqında biliklərinin artırılması məsələləri ilə əlaqədar suallara cavab verilib. Müzakirələr COVID-19 xəstəliyi zamanı infeksiyalara nəzarət və profilaktika mövzusunun həkimlərə və orta tibb işçilərinə davamlı tibbi təhsil çərçivəsində əyani və distant təlimlər şəkildə çatdırılması, milli tədris proqramında həmin mövzuların mövcudluğu, tədrisin effektivliyinin monitorinq sistemi, simulyasion texnologiyaların, multimodal strategiyaların tətbiqi və s. mövzuları əhatə edib.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova