Səhiyyə Nazirliyi, BMT İP və “Equinor” şirkəti COVID-19 ilə birgə mübarizədə rəqəmsal səhiyyəyə təkan verir

Səhiyyə Nazirliyi, BMT İP və “Equinor” şirkəti COVID-19 ilə birgə mübarizədə rəqəmsal səhiyyəyə təkan verir

Norveçin “Equinor” enerji şirkəti Azərbaycanda COVID-19 pandemiyası zamanı səhiyyə işçiləri üçün yaradılmış rəqəmsal səhiyyə platformasının yenilənməsinə 25 min ABŞ dolları məbləğində yatırım edib.
Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Proqramının (İP) rezident nümayəndəsi Alessandro Frakassetti və “Equinor Apsheron AS”in ölkə üzrə rəhbəri Favad Quraişinin görüşü zamanı elan edilib. BMT-nin İnkişaf Proqramının Bakıdakı nümayəndəliyindən bildirilib ki, görüşdə Azərbaycanda dayanıqlı inkişafla bağlı irəliləyiş üçün gələcək əməkdaşlıq imkanları ilə bağlı Anlaşma Memorandumu imzalanıb.
Onlayn platforma Səhiyyə Nazirliyi tərəfindən BMT İP-nin dəstəyi ilə hazırlanıb və ölkəyə pandemiya ilə mübarizədə yardımçı olmaq məqsədi daşıyır.
Platforma səhiyyə işçilərinə ödənişsiz onlayn təlimlər və sertifikasiya proqramları təklif edir. Hazırda platformada 55 kurs mövcuddur və təlim mövzularına infeksiyaların qarşısının alınması, COVID-19 və digər kəskin tənəffüs infeksiyalarının diaqnozu və müalicə olunması, eləcə də bir sıra digər tədris resursları daxildir. Bu günə qədər 500 səhiyyə işçisi kurslar üçün qeydiyyatdan keçib.
“Equinor” şirkəti tərəfindən göstərilən əlavə maliyyə dəstəyi səhiyyə işçilərinin hazırda ehtiyacı olan 4 əlavə kurs üçün istifadə olunacaq. Bunlar “İntensiv terapiya şöbəsində mexaniki ventilyasiya və tənəffüs dəstəyi”, “Çətin intubasiya da daxil olmaqla, müxtəlif intubasiya texnikaları”, “Respirator müalicə və tibbi palatalarda oksigen dəstəyi” və “COVID-19 xəstələrində antibiotik müalicəsinin tətbiqi” mövzularında təlimlərdir.
Kurslar Səhiyyə Nazirliyi və BMT İP tərəfindən hazırlanacaq və yekunda kursları uğurla tamamlayan tibb işçilərinin sertifikatlaşdırılması üçün kursda əldə edilən nəticələr nəzərə alınacaq. Bundan əlavə, komandalar tibb işçilərinin ən ağır COVID-19 hallarını aradan qaldıra bilməsinə və həyatını xilas edə bilməsinə hazırlıq məqsədilə simulyasiya platforması üzərində işləməyə başlayıblar.
BMT İP-nin rezident nümayəndəsi Alessandro Frakassetti bu təşəbbüsü ictimai səhiyyə xidmətlərinin inkişafı istiqamətində özəl sektorun görə biləcəyi işlərə nümunə olaraq göstərib.
“Biznesin dəstəyi, dövlətlə özəl sektorun əməkdaşlığı COVID-19-a qarşı dayanıqlı cavab tədbirlərinin təşkil olunması və daha yaxşı bərpa işlərinin təmin edilməsi baxımından çox vacib faktorlardır. Bizim bu gün yatırım etdiyimiz yeniliklər daha dayanıqlı cəmiyyətlər qurmağımıza kömək edəcək”, - deyə Frakassetti bildirib.
“Equinor” şirkətinin Azərbaycan üzrə rəhbəri Favad Quraişi isə söyləyib ki, COVID-19 pandemiyası bütün dünyada insanlar üçün ciddi çətinliklər yaradıb, ona görə bu gün insanların qayğısına qalmaq həmişəkindən daha önəmlidir: “Qlobal fövqəladə vəziyyətin miqyası həddindən artıq böyükdür. Bu, fərdləri və cəmiyyətləri ciddi təzyiqə məruz qoyur. BMT İP-nin dəstək olduğu bu layihəyə bizim də töhfə verməyimiz “Equinor” şirkətinin COVID-19 pandemiyasına qarşı cavab tədbirlərinə necə dəstək ola biləcəyinin aydın nümunəsidir”.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova