ÜST Baş direktoru Azərbaycana təşəkkür edib
![ÜST Baş direktoru Azərbaycana təşəkkür edib](/uploads/posts/2021-04/1617873536_16156130845810927112_1000x669.jpg)
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus BMT-nin Cenevrə Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Azərbaycanın daimi nümayəndəliyinin təşkilatçılığı ilə baş tutan, Qoşulmama Hərəkatına üzv dövlətlərin səfirləri ilə videoformatda keçirilən müzakirələrə qatılıb. ÜST rəhbəri bu barədə öz “Twitter” hesabında paylaşım edib.
Müzakirələrin məhsuldar keçdiyini bildirən Tedros Gebreyesus hazırda Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycana koronavirusla bağlı BMT-nin xüsusi sessiyasının keçirilməsinə və BMT-nin İnsan Hüquqları Şurasında peyvəndlərə ədalətli çıxışın təmin edilməsi ilə bağlı qətnamənin irəli sürülməsinə görə təşəkkür edib.