Şahbuz Rayon Gigiyena və Epidemiologiya Şöbəsi üçün müasir iş şəraiti yaradılıb

Şahbuz Rayon Gigiyena və Epidemiologiya Şöbəsi üçün müasir iş şəraiti yaradılıb

Əhalinin sağlamlığının qorunması və yoluxucu xəstəliklərin qarşısının alınması səhiyyə sisteminin əsasını təşkil edir. Naxçıvan Muxtar Respublikasında bu sahədə görülən işlər, xüsusilə gigiyena və epidemiologiya sahəsində idarəetmənin təkmilləşdirilməsi, mütəmadi dezinfeksiya işlərinin aparılması və təmizliyə diqqətin artırılması yoluxucu xəstəliklərin yayılmasının qarşısını alır. Dünyada pandemiya halını almış virusun muxtar respublikada geniş yayılmaması və epidemioloji vəziyyətin sabit olması da görülən işlərin nəticəsidir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Şahbuz Rayon Gigiyena və Epidemiologiya Şöbəsi üçün yaradılan yeni iş şəraiti ilə tanış olub.
Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini, Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Zeynəb Mustafayeva çıxış edərək deyib ki, muxtar respublikada həyata keçirilən tədbirlər epidemioloji vəziyyətin sabitləşməsinə zəmin yaradıb. Yoluxucu xəstəliklərlə mübarizə sahəsində əsas iş Gigiyena və Epidemiologiya Mərkəzinin və onun rayon şöbələrinin üzərinə düşür. Şahbuz Rayon Gigiyena və Epidemiologiya Şöbəsi tərəfindən də bu sahədə işlər görülüb, parazitoloji və bakterioloji müayinələr aparılıb, uşaqlar vaksinasiyaya cəlb edilib. Bu da idarəolunan yoluxucu xəstəliklərlə mübarizədə əhəmiyyətli rol oynayır.
Ötən il Ordubad Rayon Gigiyena və Epidemiologiya Şöbəsinin istifadəyə verilməsi zamanı Ali Məclisin sədri Naxçıvan Muxtar Respublikasının Epidemioloji Atlasının hazırlanması ilə bağlı tapşırıq verib. Zeynəb Mustafayeva yeni nəşr olunmuş atlası Ali Məclisin sədrinə təqdim edib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov deyib ki, Şahbuz rayonunun inkişafına töhfə verən təşkilatlardan biri də Gigiyena və Epidemiologiya Şöbəsidir. Şöbənin kollektivi tərəfindən rayonda epidemioloji vəziyyətə daim nəzarət olunur, əhali arasında maarifləndirici tədbirlər aparılır. Əvvəllər uyğunlaşdırılmış binada fəaliyyət göstərən şöbənin iş şəraitinin müasirləşdirilməsinə ciddi ehtiyac var idi. Dünyada baş vermiş epidemioloji vəziyyət gigiyena və epidemiologiya sahəsinin nə qədər vacib olduğunu göstərdi. Bütün bunlar nəzərə alınaraq, 2020-ci ildə muxtar respublikada bu sahədə struktur dəyişikliyi edildi, Naxçıvan Muxtar Respublikasında Gigiyena və Epidemiologiya Mərkəzi, rayonlarda isə şöbələri yaradıldı. Bu gün Şahbuz Rayon Gigiyena və Epidemiologiya Şöbəsi üçün müasir iş otaqları istifadəyə verilir. Artıq muxtar respublikanın bir sıra rayonlarında Gigiyena və Epidemiologiya şöbələri müasir iş şəraiti ilə təmin olunub. Bu işlər bu il də davam etdiriləcək.
Ali Məclisin sədri deyib ki, dünyadakı epidemioloji vəziyyətlə bağlı olaraq bu gün gigiyena və epidemiologiya sahəsinin üzərinə mühüm vəzifələr düşür. O, kollektivə uğurlar arzulayıb, yaradılan şəraitdən səmərəli istifadə olunacağına əminliyini bildirib.
Şahbuz Rayon Gigiyena və Epidemiologiya Şöbəsinin həkim köməkçisi Mehriban İmanquliyeva yaradılmış müasir iş şəraitinə görə kollektivin adından minnətdarlıq bildirib, deyib ki, bu, daha yaxşı işləməyimizə, əhalinin sağlamlığının və epidemioloji vəziyyətin qorunmasına təminat verir.
Binada yaradılan şəraitlə tanışlıq zamanı buradakı epidemioloji, bakterioloji, parazitoloji, ümumi sanitariya laboratoriyaları, epidemioloq, sterilizasiya və dezinfektor otaqları, cihazlar haqqında, ötən il görülmüş işlər barədə məlumat verilib.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova