Səhiyyə Nazirliyinin rəhbərliyi 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad ediblər
Qanlı Yanvar hadisələrindən 31 il ötür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhid qanları ilə Azərbaycanın yeni tarixi yazıldı. 20 Yanvar bu tarixin həm kədər, həm də qürur doğuran səhifəsidir.
Ümumxalq Hüzn Günündə səhiyyə naziri Oqtay Şirəliyev və Nazirliyin kollegiya üzvləri Şəhidlər Xiyabanında 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər.
Bu gün bütün şəhidlərimizin ruhları şaddır, onların qanı hədər getməyib. Xalqımız 20 Yanvar faciəsinin 31-ci ildönümünü 44 günlük Vətən müharibəsində qazanılan qələbənin fonunda xüsusi qürur hissi ilə qeyd edib.