ÜST Azərbaycan Səhiyyə Nazirliyinin Milli qızılca/məxmərək laboratoriyasının fəaliyyətini təqdirəlayiq qiymətləndirib

ÜST Azərbaycan Səhiyyə Nazirliyinin Milli qızılca/məxmərək laboratoriyasının fəaliyyətini təqdirəlayiq qiymətləndirib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkəmizdəki Milli qızılca/məxmərək laboratoriyasına göstərdiyi xüsusi qayğı və diqqətə görə Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyevə təşəkkür edib. Bu barədə ÜST-nin Avropa regional direktoru Hans Klüge tərəfindən göndərilən məktubda bildirilib.
Məktubda qeyd olunub ki, ÜST-nin Avropa Regional Bürosunun ekspertləri tərəfindən illik akkreditasiya prosesi çərçivəsində 2020-ci ilin ikinci rübündə ölkəmizdəki Milli qızılca/məxmərək laboratoriyasında yoxlama həyata keçirilib. Nəticələrə əsasən, laboratoriya 2021-ci il üçün ÜST-nin Milli qızılca/məxmərək laboratoriyası kimi tam akkreditasiyadan keçib.
Məktubda laboratoriya işçilərinin akkreditasiyanı uğurla başa vurması ilə yanaşı, müvafiq tövsiyələr də nəzərə çatdırılaraq bildirilib ki, COVID-19 pandemiyası və bununla bağlı epidemioloji vəziyyət ÜST-nin Avropa bölgəsindəki səhiyyə sisteminə mənfi təsir göstərib. Vurğulanıb ki, COVID-19-la bağlı ehtiyacları və çətinlikləri aradan qaldırarkən, qızılca və məxmərəyin qarşısını almaq istiqamətində fəaliyyət də diqqətdən kənarda qalmamalıdır. Bunun üçün lazım olan laboratoriya və epidemioloji araşdırmaların izlənilməsinin vacibliyi, eyni zamanda, ictimai səhiyyə sahəsində qlobal fövqəladə vəziyyətdə qızılca və məxmərək infeksiyalarına da diqqət ayırmağın zəruriliyi qeyd olunub.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova