Səhiyyə Nazirliyi COVID-19-la mübarizə aparan tibb və qeyri-tibb işçilərinə müddətli əlavələr ödəyib
COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə Səhiyyə Nazirliyi tərəfindən oktyabr və noyabr ayları üzrə müddətli əlavələr ödənilib.
Ödənişlər “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 5 noyabr tarixli Qərarına əsasən həyata keçirilib.
Belə ki, Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələri üzrə oktyabr ayı üçün 1346 tibb işçisinə 1,07 milyon manat, noyabr ayı üçün 1618 tibb işçisinə 1,4 milyon manat məbləğində müddətli əlavə ödənilib.
Qeyd edilən işçilərin əməkhaqlarına əlavələr iş vaxtına mütənasib olaraq hesablanıb.