Səhiyyə Nazirliyinin kollektivi "YAŞAT" Fonduna ianə edib
Səhiyyə Nazirliyinin kollektivi ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə "YAŞAT" Fonduna vəsait köçürüb.
Bu barədə nazirliyin mətbuat xidmətindən bildirilib.
"YAŞAT" Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 8 dekabr tarixli Fərmanı əsasında yaradılıb. Əsas məqsəd şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlil olmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi, bu istiqamətdə vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.