MDB PAA Şurası və ÜST Avropa bürosu COVID-19-la mübarizədə parlamentlərin rolunu vurğulayıblar

MDB PAA Şurası və ÜST Avropa bürosu COVID-19-la mübarizədə parlamentlərin rolunu vurğulayıblar

Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərinin Parlamentlərarası Assambleyasının (PAA) Şurası və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa bürosu “COVID-19-la mübarizədə parlamentlərin rolu" adlı birgə bəyanat qəbul ediblər. Bu barədə Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri, MDB dövlətlərinin Parlamentlərarası Assambleyası Şurasının sədri Valentina Matviyenko MDB PAA-nın 51-ci plenar iclasında məlumat verib.
Valentina Matviyenko bildirib ki, MDB PAA Şurasının iclasında əsas mövzu MDB dövlətlərində pandemiya ilə əlaqədar görülən tədbirlərin qanunvericilik təminatı olub. Müzakirələrdə ÜST-nin Avropa Regional bürosunun direktoru Hans Klügenin də iştirak etdiyini nəzərə alaraq, COVID-19 ilə mübarizədə parlamentlərin rolu ilə əlaqədar birgə bəyanat qəbul olunub. Bu sənəddə MDB PAA Şurası və ÜST-nin Avropa bürosu MDB ölkələrinin parlamentləri və hökumətlərini, digər beynəlxalq təşkilatları pandemiya ilə mübarizədə beynəlmiləl həmrəyliyə çağırıblar.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova