Paytaxt poliklinikaları gücləndirilmiş iş rejiminə keçib
![Paytaxt poliklinikaları gücləndirilmiş iş rejiminə keçib](/uploads/posts/2020-11/1606375895_20200811_111800.jpg)
Son günlər koronavirusa yoluxma hallarının artmasını nəzərə alaraq, Səhiyyə Nazirliyinin idarəçiliyində olan Bakı şəhəri poliklinikaları gücləndirilmiş iş rejiminə keçib.
Bu barədə nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, vətəndaşlara həftənin şənbə və bazar günləri də daxil olmaqla yeddi gün səhər saat 08:00-dan 18:00-dək COVID-19-la bağlı xidmətlər göstəriləcək. Buraya evdə müalicə alan xəstələrin müşahidəsi, yaxmaların götürülməsi və kompleks vitaminlərin paylanması daxildir.