Səhiyyə Nazirliyi pandemiya ilə mübarizədə iştirak edən işçilərə müddətli əlavələri ödəyib

Səhiyyə Nazirliyi pandemiya ilə mübarizədə iştirak edən işçilərə müddətli əlavələri ödəyib

Pandemiya ilə mübarizədə iştirak edən tibb və qeyri-tibb işçilərinə iyul və avqust ayları üzrə əməkhaqlarına müddətli əlavələr Səhiyyə Nazirliyi tərəfindən sentyabr ayı ərzində ödənilib.
Tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin ödənişi “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 iyun 2020-ci il tarixli 202 nömrəli qərarına əsasən həyata keçirilib.
İyul ayı üçün Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələri üzrə 993 tibb işçisinə vahid tarif (vəzifə) maaşının 5 misli həcmində, cəmi 1,36 milyon manat vəsait ödənilib. Bu tibb işçiləri Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik və Tədris Cərrahiyyə Klinikalarının, Bakı Sağlamlıq Mərkəzinin, həmçinin Respublika Psixiatriya Xəstəxanasının yeni növ koronavirus infeksiyasına yoluxmuş xəstələrə qulluq edən tibb işçiləri olub. Avqust ayı üçün həmin kateqoriyadan olan tibb işçilərinin sayı 618 nəfər, ödənilən məbləğ 477 min manat təşkil edib.
Nazirliyin tabeliyində olan tibb müəssisələri üzrə vahid tarif (vəzifə) maaşının 4 misli həcmində müddətli əlavələr iyul ayı üçün 166 nəfər tibb işçisinə (cəmi 298 min manat), avqust ayı üçün 160 nəfərə (cəmi 280 min manat) ödənilib. Bu işçilər bioloji yaxmanın laborator müayinəsi ilə məşğul olan laboratoriya işçiləri, Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi və onun regional bölmələrinin, eləcə də Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin işçiləri olub.
Bundan başqa, iyul ayı üçün Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələri üzrə 1076 işçiyə vahid tarif (vəzifə) maaşının 3 misli həcmində, cəmi 755 min manat vəsait ödənilib. Bu işçilər Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, rayon və şəhər gigiyena və epidemiologiya mərkəzlərinin, Bakı şəhər Dezinfeksiya Mərkəzinin, Sanitar Karantin Mərkəzinin tibbi profilaktik tədbirləri həyata keçirən həkim, orta tibb heyəti, o cümlədən dezinfektorlar və digər işçilər olub. Avqust ayı üçün bu rəqəmlər 1072 tibb işçisinə cəmi 530 min manat vəsait təşkil edib.
Qeyd edilən işçilərin əməkhaqlarına müddətli əlavələr tibb müəssisələri tərəfindən göndərilən siyahılara uyğun olaraq, yeni növ koronavirus infeksiyası ilə mübarizəyə cəlb edilmiş iş vaxtına mütənasib surətdə ödənilib.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova