BMT Baş Assambleyası koronavirus infeksiyası ilə bağlı qətnamə qəbul edib

BMT Baş Assambleyası koronavirus infeksiyası ilə bağlı qətnamə qəbul edib

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası “Koronavirus xəstəliyinin pandemiyasına qarşı hərtərəfli və əlaqələndirilmiş reaksiya tədbirləri barədə” qətnaməni böyük səs çoxluğu ilə qəbul edib.
COVID-19 pandemiyasını BMT tarixində ən böyük qlobal problemlərdən biri adlandıran sənəddə bu epidemiyaya qarşı qlobal reaksiyanın əsas siyasi və sosial-iqtisadi ölçüləri öz əksini tapıb. Burada koronavirusa qarşı mübarizə məqsədilə ilkin tibbi-sanitariya yardımı, əhalinin səhiyyə xidmətləri və vaksinasiya ilə ümumi əhatə olunması, dərmanlara, vaksinlərə və tibbi avadanlığa əlçatanlığın təmin edilməsi, eləcə də bütün dövlətlərin davamlı inkişaf naminə iqtisadiyyatın bərpası üzrə səylərinin əlaqələndirilməsinin vacibliyi vurğulanıb.
Qətnamə layihəsinin əlaqələndiricisi Adela Raz bildirib ki, bu sənəd yeni bir xəstəliyə cavab reaksiyası olmaqla yanaşı, həm də koronavirus qurbanlarının xatirəsinə ehtiram ifadəsidir. Onun sözlərinə görə, indi Yer kürəsi İkinci dünya müharibəsindən sonra ən pis iqtisadi tənəzzül yaşayır: “Biz həqiqətən də BMT-nin əsası qoyulandan bəri ən ciddi qlobal fəlakətlə üz-üzə dayanmışıq”.
Qətnamədə dövlətlərə koronavirus əleyhinə gələcək vaksinin hamı üçün əlçatanlığını təmin etmək, həmçinin dərmanlarla və fərdi qoruyucu vasitələrlə möhtəkirliyin, onları hədsiz çox alıb ehtiyat saxlamağın qarşısını almaq çağırışı edilir.
Üzv ölkələr milli hökumətlərin qəbul etdiyi tədbirlərə yardım etmək üçün BMT qurumlarının gördüyü işləri təqdir ediblər. Bu qurumlar arasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ümumi sistem səylərində əsas liderlik rolu xüsusi qeyd olunub.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova