Azərbaycanda 2054 nəfər aktiv koronavirus xəstəsi var
![Azərbaycanda 2054 nəfər aktiv koronavirus xəstəsi var](/uploads/posts/2020-09/1599735354_grafik_310820_01.jpg)
Avqust ayının 31-dək Azərbaycanda cəmi 36 435 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 33 847 nəfər müalicə olunaraq sağalıb, 534 nəfər vəfat edib. Aktiv xəstə sayı 2054 nəfərdir. Onlardan 141 nəfəri reanimasiyadadır, o cümlədən 13 nəfər süni tənəffüs cihazına qoşulub.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Həmin günə olan statistikaya əsasən, ölkə üzrə 126 yoluxma faktı qeydə alınıb, 144 nəfər müalicə olunaraq sağalıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış üç nəfər vəfat edib.
Həmçinin bildirilib ki, həmin tarixdə ölkəmizdə koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 042 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 922 069-a çatıb.
Qeyd edək ki, qəzetdəki digər materiallarda göstərilən rəqəmlər həmin məqama olan vəziyyəti əks etdirir.