Küveyt Respublika Uroloji Xəstəxanasına müasir tibbi avadanlıqlar hədiyyə edib

Küveyt Respublika Uroloji Xəstəxanasına müasir tibbi avadanlıqlar hədiyyə edib

Küveyt Dövlətinin Azərbaycan Respublikasındakı səfirliyi M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasına (RKUX) böyrək xəstələrinin cərrahi müdaxilə olmadan müalicəsi üçün müasir tibbi avadanlıqlar hədiyyə edib.
Bu avadanlıqların təqdimatı mərasimində Küveytin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Səud Əbdüləziz əl-Rumi və səfirliyin müşaviri Feysal əl-Mutairi, eləcə də xəstəxananın rəhbər şəxsləri iştirak ediblər.
Tədbirdə çıxış edən səfir Səud Əbdüləziz əl-Rumi bildirib ki, hədiyyə edilən tibbi avadanlıqlar ən son texnologiyaya əsaslanır və böyrək xəstəliklərindən əziyyət çəkən xəstələrin müalicəsi üçün nəzərdə tutulub.
Öz növbəsində RKUX-nin baş həkimi Əli Babayev göstərdiyi yardıma görə səfirliyə dərin təşəkkürünü bildirib, diplomatik nümayəndəlik və xəstəxana arasında əməkdaşlığın bundan sonra da davam edəcəyinə ümidvar olduğunu deyib.
Daha sonra xəstəxanada yaradılan şəraitlə tanış olan səfir orada müalicə alan xəstələrin vəziyyəti ilə maraqlanıb.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova