Səhiyyə Nazirliyi 814 Çağrı mərkəzinin fəaliyyətini və əsas məqsədlərini açıqlayıb

Səhiyyə Nazirliyi 814 Çağrı mərkəzinin fəaliyyətini və əsas məqsədlərini açıqlayıb

Səhiyyə Nazirliyi tərəfindən yaradılmış COVID-19 ilə mübarizə üzrə işçi qrupun üzvü Sevda Məmmədova yeni fəaliyyətə başlamış 814 Çağrı mərkəzinin fəaliyyəti və əsas məqsədləri haqqında onlayn müsahibə verib.
Onun sözlərinə görə, Bakı şəhəri üzrə fəaliyyət göstərən 814 Çağrı mərkəzi COVID-19 virusuna yoluxma şübhəsi olan vətəndaşları dislokasiyaları üzrə məntəqələrə yönəldir, koronavirusla bağlı həkim məsləhətinə ehtiyacı olanlara yaşadıqları əraziyə aid olduğu tibb müəssisəsi barədə məlumat verir və vətəndaşların sahə həkimləri ilə əlaqələrini təmin edir: “Təcili və təxirəsalınmaz tibbi yardım xidmətinə dəstək məqsədilə yaradılmış 814 Çağrı mərkəzi həftənin 6 günü, bazar ertəsindən etibarən şənbə gününədək, səhər saat 8-dən axşam saat 8-dək fəaliyyət göstərir”.
Müsahibədə məlumat verilib ki, 814 Çağrı mərkəzində 40 nəfər operator çalışır, iyul ayı ərzində buraya 11 mindən çox zəng daxil olub.
Sevda Məmmədova ağır simptomlu və hərarəti 38 dərəcədən yüksək olan xəstələrin 103 nömrəsi vasitəsilə təcili tibbi yardım xidmətinə müraciət etməli olduqlarını vurğulayıb: “814 Çağrı mərkəzi tərəfindən poliklinikalarla əlaqə saxlama yolları və evdə müalicə prosesi ilə bağlı şikayətlər qeydə alınır. Çağrı mərkəzinə daxil olan müraciətlər, əsasən, evdə müalicə olunan ağır xəstələrə tibbi xidmətin göstərilməsi ilə bağlı olur. Bu kimi hallarda vətəndaşlara bildirilir ki, ağır simptomlu, məsələn, 38 və daha yüksək dərəcəli hərarəti olan xəstələr mütləq xəstəxanaya yerləşdirilib, stasionar müalicə almalıdırlar, çünki onların vəziyyəti dəyişkəndir və hər an ağırlaşa bilər. Buna görə belə xəstələr təcili tibbi yardım xidmətinə müraciət etməlidirlər”. Həmçinin bildirilib ki, Çağrı mərkəzinə daxil olan bütün müraciət və şikayətlər qeydə alınır və işçi qrupuna yönləndirilir. Müraciət və şikayətin növündən asılı olaraq, işçi qrupunun müvafiq üzvü həmin məsələnin həlli ilə məşğul olur.
Sevda Məmmədova müsahibəsinin sonunda xüsusi qeyd edib ki, yalnız sahə həkimi tərəfindən test etmək zərurəti təsdiq olunduqdan sonra səyyar tibbi xidmət COVID-19 şübhəsi olan vətəndaşın ünvanına test materialı götürmək məqsədilə göndərilir.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova