COVID-19-dan evdə müalicə alan 3500-dən artıq xəstə pulsuz dərmanlarla təmin olunub

COVID-19-dan evdə müalicə alan 3500-dən artıq xəstə pulsuz dərmanlarla təmin olunub

Səhiyyə Nazirliyinin nəzdində yaradılmış COVID-19 ilə mübarizə üzrə İşçi qrupunun üzvü İnara Makayeva onlayn müsahibə verib.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, İnara Makayeva evdə müalicə alan 3500-dən artıq COVID-19 xəstəsinin pulsuz dərmanlarla təmin olunması haqqında danışıb. Onun sözlərinə görə, asimptomatik və yüngül simptomlu xəstələrin pulsuz dərmanlarla təmin edilməsi haqqında qərar qəbul olunub: “Belə xəstələrə müalicə üçün lazım olan dərman vasitələri – C və D vitaminləri, sink, selenium, maqnezium və parasetamol paylanılıb. Beynəlxalq tövsiyələrə əsasən, yuxarıda sadalanan preparatlar insanın immunitetini stimullaşdırır, viruslarla mübarizə üçün səfərbər edir”.
Onlayn müsahibə zamanı İnara Makayeva İşçi qrupunun COVID-19 xəstələrinin ambulator şəraitdə müalicəsi üçün xüsusi təlimat hazırladığını da söyləyib: “İş prosesi belə təşkil olunub: poliklinikalarda hər gün test nəticələri müsbət çıxan xəstələrin siyahıları tutulur. Sonra onlarla telefonla əlaqə saxlanılır və mövcud vəziyyətləri ilə bağlı sorğular həyata keçirilir. Qeyd etmək lazımdır ki, reseptlə təchiz olunmuş dərmanlar birbaşa xəstələrin yaşadıqları yerlərə çatdırılır. Pasiyentlər onları 15-20 gün ərzində qəbul edirlər. Sahə həkimləri gündə iki dəfə onlarla əlaqə saxlayıb, dərman qəbuluna nəzarət edirlər. Yuxarıda sadalanan, bu günə qədər görülmüş bütün tədbirlər pasiyentlərin bu xəstəliyi evdə, tibb müəssisələrinə baş çəkmədən, asanlıqla keçirməsi və tezliklə sağalması üçün zəruri şərait yaradıb, bununla digər insanların yoluxma təhlükəsini azaldıb. İndi biz COVID-19 diaqnozlu pasiyentlərin xəstəxanalara yerləşdirilmə sayında ciddi azalma müşahidə edirik, ağır xəstələrin sayı azalmaqdadır. Həmçinin koronaviruslu xəstələrin reanimasiya və süni ağciyər ventilyasiya cihazlarına qoşulma ehtiyacı da əhəmiyyətli dərəcədə azalıb. Ancaq bu hələ təhlükənin tam bitdiyini bildirmir. Hazırda hamımız - həm həkimlər, həm də xəstələr mümkün qədər diqqətli və nizamlı olmalıyıq ki, gələcəkdə müsbət dinamika bizi sevindirməyə davam etsin”.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova