Azərbaycanda 5548 nəfər aktiv koronavirus xəstəsi var

Azərbaycanda 5548 nəfər aktiv koronavirus xəstəsi var

İyul ayının 31-də Azərbaycanda koronavirus infeksiyasına daha 318 yoluxma faktı qeydə alınıb, 714 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış yeddi nəfər vəfat edib. Ümumilikdə, iyulun 31-dək Azərbaycan Respublikasında 31 878 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyənləşdirilib. Onlardan 25 882 nəfər müalicə olunaraq sağalıb, 448 nəfər vəfat edib. Hazırda müalicəsi davam etdirilən aktiv koronavirus xəstələrinin sayı 5548-ə bərabərdir. Xəstələrdən 266 nəfəri reanimasiyadadır ki, onlardan da 68-i süni tənəffüs cihazına qoşulub.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Həmçinin bildirilib ki, həmin tarixdə ölkəmizdə koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 789 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 724 953-ə çatıb.
Qeyd edək ki, qəzetdəki digər materiallarda göstərilən rəqəmlər həmin məqama olan vəziyyəti əks etdirir.
Koronavirusinfo.az saytında Azərbaycanda yeni növ koronavirus infeksiyasına yoluxanların yaş və cinsə görə bölgüsü də açıqlanıb.
Belə ki, ölkəmizdə COVID-19-a yoluxanların 21 faizi 50-59 yaş arasında olan vətəndaşlardır. Həmin virusa yoluxanların 18 faizini 30-39, 16 faizini 60-69, 15 faizini 40-49, 14 faizini 20-29, 6 faizini 10-19, 5 faizini 0-9, 4 faizini 70-79 yaş arasında olan, 2 faizini isə 80 yaşdan yuxarı vətəndaşlar təşkil edir.
Yoluxanların cinsə görə bölgüsünə gəlincə, burada qadınlar üstünlük təşkil edir. Belə ki, COVID-19-a yoluxanların 54 faizi qadınlar, 46 faizi kişilərdir.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova