Səhiyyə işçilərinə dəstək

Səhiyyə işçilərinə dəstək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Səhiyyə Nazirliyinin müraciəti əsasında koronavirus infeksiyası (COVID-19) ilə mübarizə aparan səhiyyə işçilərinə dəstək məqsədilə müəyyən güzəştlərin tətbiq olunması ilə əlaqədar mobil rabitə operatorlarına müraciət edib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, ölkədə fəaliyyət göstərən mobil operatorları “Azercell Telekom” MMC, “Azerfon” MMC (“Nar”) və “Bakcell” MMC nazirliyin dəstək çağırışına qoşulub.
Belə ki, adıçəkilən şirkətlər artıq bu istiqamətdə yeni sosial məsuliyyət tədbirinə başlayıb. Müvafiq mobil operatorlar COVID-19-la mübarizədə xalqımızın sağlamlığının keşiyində dayanan 1200-dək tibb işçisinin mobil nömrəsinə 3 ay ərzində hər ay hədiyyə balans yükləyəcək.
Hədiyyə olunan məbləğ müasir mobil rabitənin təmin etdiyi bütün xidmətlər (şəbəkədaxili/şəbəkəxarici/ölkəxarici zənglər, SMS, mobil internet) üçün istifadə oluna bilər. Adıçəkilən mobil operatorlar dünyada və ölkəmizdə hökm sürən pandemiya şəraitində bundan öncə də həkimlərimizə öz dəstəyini göstərib.
Həkimlərin siyahısı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə Səhiyyə Nazirliyi tərəfindən təqdim edilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, bundan sonra da bu tip sosial aksiyaların keçirilməsində istənilən çağırışa və müraciətə dəstək göstərəcəklər.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova