COVID-19 xəstələrinin onlayn diaqnostikası üçün “Teletəbabət” layihəsinə başlanıb

COVID-19 xəstələrinin onlayn diaqnostikası üçün “Teletəbabət” layihəsinə başlanıb

Səhiyyə Nazirliyi COVID-19 viruslu xəstələrin məsafədən diaqnostikasını mümkün edən yeni “Teletəbabət” layihəsinə start verib. Pilot layihə son texnologiyaların sayəsində tək COVID-19 deyil, digər kəskin respirator xəstəliklərin də diaqnostikasını onlayn şəkildə aparmaq imkanı yaradıb.
Koronavirus infeksiyasına yoluxmuş simptomsuz və ya evdə müalicə alan yüngül simptomlu pasiyentlər “Teletəbabət” pilot layihəsi çərçivəsində öz evlərində, xəstəxana və ya poliklinikaya getmədən, onlayn videobağlantılar vasitəsilə həkim müayinəsindən keçmək və məsafədən konsultasiya almaq imkanı əldə edirlər.
Koronavirusla mübarizənin gücləndirilməsi üzrə görülən tədbirlər sırasında bu yenilik xüsusi mobil tətbiqin vasitəsilə həyata keçirilir. Bunun üçün “Doctor Online” tətbiqini cihaza yükləmək kifayətdir. Yeni xidmətdən istifadə həm həkim, həm pasiyent üçün olduqca rahat və sadədir. Burada pasiyent onu müalicə edən həkimi ilə həm adi, həm də görüntülü zənglər vasitəsilə təmas qurub, daim ünsiyyətdə qalır. Tibb işçiləri xəstələrə onlayn şəkildə tövsiyələr və məsləhətlərini verir, mütəmadi konsultasiyalar və müşahidə aparır.
Daha çox insanın bu yenilikdən istifadə etməsi məqsədilə Səhiyyə Nazirliyinin “Teletəbabət” layihəsindən yararlanmaq qaydaları haqqında ətraflı məlumat elanlar şəklində pilot layihənin tətbiq olunduğu Bakı şəhər poliklinikalarının ərazi sahələri və yaşayış yerlərində artıq yerləşdirilib.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova