Səhiyyə Nazirliyinin və İtaliyanın “Lazzaro Spallanziani” İnstitutunun nümayəndələri COVİD-19-a qarşı mübarizə tədbirlərini müzakirə etdilər

Səhiyyə Nazirliyinin və İtaliyanın “Lazzaro Spallanziani” İnstitutunun nümayəndələri COVİD-19-a qarşı mübarizə tədbirlərini müzakirə etdilər

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İtaliyanın “Lazzaro Spallanziani” İnstitutunun Elmi Şurası arasında COVİD-19-a qarşı mübarizə tədbirləri mövzusunda onlayn görüş keçirilib.
Virtual toplantıda Azərbaycan tərəfdən Səhiyyə naziri Oqtay Şirəliyev və nazirliyin məsul şəxsləri, İtaliya tərəfdən isə bu ölkənin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Auqusto Massari və professor Cüzeppe İppolitonun rəhbərliyi ilə “Lazzaro Spallanziani” İnstitutunun Elmi şurasının üzvləri iştirak ediblər.
Xoş və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə hər iki ölkədə xəstəliyin yayılması, innovasiyaların tətbiqi, statistik göstəricilər, xəstəxana-tibb işçiləri potensialı, dərman və ləvazimat təchizatı, tibb personalının qorunması, xəstəliyin klinikası, formaları, ağırlaşma dərəcələri, COVİD-19-a yoluxmanın diaqnostik meyarları və digər məsələlər müzakirə edilib.
Söhbət əsnasında italiyalı həmkarlara ilkin testlərin harada götürülməsi (stasionar, poliklinika və ya məişət şəraitində), yüngül klinikalı xəstələrin sahə həkimləri tərəfindən müalicəsi imkanları, təmasların izlənməsi, antivirus terapiya, antibiotik, antikoaqulyant və kortikosteroidlərin tətbiqi, pasiyentlərlə birbaşa təmasda olan tibb işçilərinin növbədən sonra təcridi, eləcə də aparılan elmi araşdırmalar haqqında verilən sorğulara səfirliyin vasitəçiliyi ilə materialların Azərbaycana təqdim edilməsi üzrə razılığa gəlinib.
Görüşlərin bu formatda mütəmadi keçirilməsinə dair aidiyyətli qurumlara müvafiq tapşırıqlar verilib.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova