Azərbaycanda “İmmunlaşdırma həftəsi” keçirilib

Azərbaycanda “İmmunlaşdırma həftəsi” keçirilib

Səhiyyə naziri Oqtay Şirəliyev ölkəmizdə “İmmunlaşdırma həftəsi”nin keçirilməsi barədə əmr imzalayıb.
Sənəd Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə 2006-cı ildən etibarən Avropa regionunda keçirilən “İmmunlaşdırma həftəsi”nin ölkəmizdə də yüksək səviyyədə təşkili məqsədi ilə qəbul olunub. Əmrdə 2020-ci il aprelin 20-dən 26-dək ölkənin bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin təşkili Səhiyyə Nazirliyin tibbi idarə və müəssisələrinin rəhbərlərinə tapşırılıb.
Qeyd edək ki, ÜST Avropa Regional Bürosu 2020-ci ilin 20-26 aprel tarixlərində “Avropa İmmunlaşdırma həftəsi”nin keçiriləcəyini elan etmişdi. Azərbaycan da ÜST-nin Avropa regionuna daxil olan dövlət kimi bu təşəbbüsə qoşulub.
“İmmunlaşdırma həftəsi” çərçivəsində əvvəllər hər hansı səbəbə görə peyvənd təqvimi üzrə immunlaşdırmadan kənarda qalan uşaqlar peyvəndlərə cəlb edilib. COVID-19 infeksiyasına görə epidemioloji vəziyyəti nəzərə alaraq, uşaqların tibb müəssisələrinə kütləvi axınının qarşısının alınması məqsədilə onlar peyvəndlərə növbəli dəvət olunub.
ÜST-nin dəstəyi ilə həftə ərzində peyvəndlərlə əhatə səviyyəsinə nəzarət məqsədilə Azərbaycanın rayonlarında monitorinq keçirilib, əhali arasında maarifləndirmə işləri aparılıb.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova