Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası icbari tibbi sığorta üzrə informasiya sessiyası təşkil edib

Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası icbari tibbi sığorta üzrə informasiya sessiyası təşkil edib

Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası (CCIAF) üzv şirkətlər üçün “İcbari tibbi sığorta üzrə məlumatlılığın artırılması” mövzusunda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin informasiya sessiyasını təşkil edib.
Tədbirin keçirilməsində məqsəd sahibkarları icbari tibbi sığorta sistemi, onun əhəmiyyəti, ölkə üzrə icbari tibbi sığortanın mərhələli şəkildə tətbiqi barədə məlumatlandırmaq olub.
Tədbirdə çıxış edən CCIAF-in idarəedici direktoru Zibər Hüseynova icbari tibbi sığorta barədə biznes mühitini məlumatlandırmağın vacibliyini vurğulayıb.
Agentliyin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov öz növbəsində icbari tibbi sığorta sisteminin əhəmiyyəti, onun ölkə üzrə mərhələli şəkildə tətbiqi, xidmətlər zərfi çərçivəsində təminata alınan tibbi xidmətlər, əhali qrupları üzrə sığorta haqları, müştərək maliyyələşmə məbləğinin tətbiqi və tibbi ərazi bölmələri barədə məlumat verib. O həmçinin tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində tətbiq edilən yeni mexanizm və layihələr barədə danışıb.
Görüş sual-cavab sessiyası ilə davam edib.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova