Distant kurslar təşkil edilib

Distant kurslar təşkil edilib

Təhsil proqramlarının mənimsənilməsi tədris müəssisələrində müxtəlif yeni texnoloji vasitələrin geniş istifadəsi ilə həyata keçirilir. Son illərdə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) kafedralarında davamlı tibbi təhsilin bir növü olan distant təhsilə xüsusi diqqət yetirilir.
İnstitutun Pediatriya kafedrası tərəfindən Bakı şəhərində və Tovuz rayonunda çalışan pediatrlar üçün distant kurs təşkil edilib. Tovuzda həkimlərlə praktiki məşğələləri pediatriya kafedrasının dosenti Mətanət Qaraxanova və assistent İlahə İsrafilbəyova aparıblar.
ADHTİ-nin Şüa diaqnostikası kafedrası isə davamlı tibbi təhsil proqramına uyğun olaraq Gəncə şəhəri Müalicə Diaqnostika Mərkəzində şüa diaqnostikası həkimləri üçün 3-4-cü modullar üzrə səyyar-distant kurs keçirib. Müdavimləri şüa diaqnostikasının aktual məsələləri ilə tanış etmək, onların döş qəfəsi orqanları və ürək-damar sisteminin xəstəliklərinin erkən diaqnostikasına dair bilik və praktik bacarıqlarını təkmilləşdirmək məqsədi daşıyan kursda Gəncə şəhərində fəaliyyət göstərən həkimlərlə yanaşı, yaxın bölgələrdən olan həkim-radioloqlar da iştirak ediblər.
Dərslərdə həmçinin patoloji hamiləliklərdə, şəkərli diabetli analarda fetal EXO müayinəsi ilə qarşıya çıxan problemləri vaxtında aşkar etməklə patologiyanın həlli yolları araşdırılıb.
Dərsləri ADHTİ-nin Şüa diaqnostikası kafedrasının müdiri, dosent Fəridə Nəsirovanın rəhbərliyi ilə kafedranın əməkdaşları aparıblar.
Həkimlər distant kursların daha sərfəli və səmərəli olduğunu bildiriblər.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova