Elmi konfransda ürək patologiyalarında risk faktorları müzakirə olunub
![Elmi konfransda ürək patologiyalarında risk faktorları müzakirə olunub](/uploads/posts/2020-03/1583829843_1580912882123267661_1000x669.jpg)
Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasında ürək-damar sistemi xəstəlikləri ilə əlaqədar elmi konfrans keçirilib.
Toplantıda kafedranın müdiri, professor Musa Qəniyev ürək patologiyalarının bütün dünyada geniş yayıldığını, inkişaf etmiş ölkələrdə həmin xəstəliklərindən ölüm hallarının hətta 35 faiz olduğunu söyləyib, bu baxımdan kardiologiyada həmin xəstəliklərə müasir yanaşmanın yaranması zəruriyyətini vurğulayıb.
Türkiyənin Ərzincan Binəli Yıldırım Universitetinin Tibb fakültəsində Farmakologiya kafedrasının professoru Xalis Süleyman və dosent Renad Məmmədov, eləcə də ölkəmizdə kardiologiya sahəsində tanınmış mütəxəssis, dosent Fərid Əliyev ürək-damar sistemi xəstəliklərinin aktual problemlərinə, bu sahədə farmakoloji korrektələrə dair maraqlı mühazirələrlə çıxış ediblər.
Geniş diskussiya şəraitində keçən konfransda qarşılıqlı fikir mübadiləsi aparılıb, fundamental fənlərlə kliniki fənlər arasında elmi-tədris əlaqələrinin qurulmasının əhəmiyyəti qeyd olunub.