Türkiyədə propofol tərkibli “Dormofol” dərman vasitəsi geri çağırılıb
Türkiyənin Sparta şəhər xəstəxanasında endoskopiya və kolonoskopiyadan keçən 8 xəstədən birinin anesteziya iynəsindən sonra həyatını itirməsi Türkiyə Səhiyyə Nazirliyində ciddi narahatlığa səbəb olub və ölkənin Dərman və Tibbi Cihaz Qurumu propofol tərkibli “Dormofol” 1 faizli intravenoz inyeksiya və “Dormofol” 2 faizli intravenoz inyeksiya dərman vasitəsini geri çağırıb. İlkin araşdırmalara görə, dərman vasitələrinin keyfiyyəti şübhə doğurur.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən verilən məlumata görə, həmin dərman vasitələri Azərbaycanda dövlət qeydiyyatına alınmayıb və ölkəmizə idxal olunmayıb. Nazirlikdən onu da bildiriblər ki, propofol tərkibli dərman vasitələrinin risk-fayda nisbəti müsbətdir və onların təhlükəsizliyinə Analitik Ekspertiza Mərkəzinin Farmakonəzarət şöbəsi tərəfindən nəzarət edilir.