“Ortopedik stomatologiya – propedevtika” kitabının təqdimatı olub

“Ortopedik stomatologiya – propedevtika” kitabının təqdimatı olub

Azərbaycan Tibb Universitetinin Tədris Stomatoloji Klinikasında yeni dərsliyin təqdimatı keçirilib. “Ortopedik stomatologiya – propedevtika” kitabı bu sahə üzrə əsas dərsliyin II hissəsidir. Kitabın müəllifləri Ortopedik stomatologiya kafedrasının müdiri, professor Nazim Pənahov və həmin kafedranın dosenti Səid Əhmədovdur.
Təqdimat tədbirində professor Nazim Pənahov bildirib ki, kitabda ortopedik stomatologiyanın inkişaf tarixi, üz-çənə sisteminin funksional anatomiyası kimi mövzular yer alıb: “Həmçinin çənənin biomexanikası, ortopedik stomatologiya şöbəsinin təşkili, ortopedik stomatologiya klinikasında deontologiya və s. kimi mövzular əhatə olunub. Kitabın müasir, oxunaqlı və tələbələrə maraqlı olması üçün şəkillərdən daha çox istifadə edilib. Tarix bölməsində xarici praktika ilə yanaşı, ortopedik stomatologiyanın Azərbaycandakı tarixinə də yer verilib”.
Kitabın elmi redaktoru, professor Mübariz Allahverdiyev stomatologiyanın çox vacib bir sahə olduğunu, onun dünyada və Azərbaycanda inkişaf etdiyini vurğulayıb və kitabın tələbələr üçün faydalı olacağına əminliyini bildirib.
Tədris şöbəsinin müdiri, dosent Samir Cavadov yeni dərsliyin hazırlanmasını kafedranın nailiyyəti adlandırıb və tələbələri narahat edən dərslik çatışmazlığının aradan qaldırılması istiqamətində atılan uğurlu addım kimi qiymətləndirib.
Ortopedik stomatologiya kafedrasının professoru Zöhrab Qarayev dərsliyin əhəmiyyətini vurğulayaraq, kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə öz minnətdarlığını bildirib.
Təqdimat mərasiminin sonunda dərsliyin həmmüəlliflərindən olan Stomatologiya fakültəsinin dekanı, kafedranın dosenti Səid Əhmədov çıxış edərək, səslənən fikirlərə, xoş sözlərə görə təşəkkürünü bildirib.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova