Depressiv vəziyyət ürək-damar sisteminə mənfi təsir göstərir

Depressiv vəziyyət ürək-damar sisteminə mənfi təsir göstərir

Akademik C.Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutu və Psixi Sağlamlıq Mərkəzinin birgə təşkilatçılığı ilə “Kardiologiya və psixiatriya: Kardioloji pasiyentlərdə psixi pozuntuların profilaktika, diaqnostika və müalicəsi” mövzusunda elmi-praktik seminar keçirilib. Tədbirdə ölkənin aparıcı kardioloq, psixoloq, terapevt, nevropatoloq və psixiatrları iştirak ediblər.
Seminarda institutun direktoru, tibb elmləri doktoru Gülnaz Dadaşova və Psixi Sağlamlıq Mərkəzinin direktoru, professor Fuad İsmayılov çıxış ediblər. Onlar insanlarda uzun müddət stress, gərginlik və depressiv vəziyyətlərin olmasının, ilk növbədə, ürək-damar sisteminə mənfi təsir göstərdiyini və insanların ruhi, mənəvi problemlərinin aradan qaldırılmasının vacibliyini diqqətə çatdırıblar.
Sonra institutun psixiatrı “Kardioloji profilli xəstələrdə depressiya və həyəcan simptomlarının erkən aşkarlanması - pilot layihənin nəticələri” mövzusunda məruzə ilə çıxış edib. Eyni zamanda, psixiatrik və ürək dərmanlarının qarşılıqlı əlaqəsi barədə məlumat verilib. Elmi-praktik seminarın günün tələbinə uyğun olması, həm kardioloqlar, həm də psixiatrlar üçün böyük əhəmiyyət kəsb etməsi vurğulanıb.
Məruzələrdən sonra mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova