Kardiologiya İnstitutunda “Məsləhətləşmə qrupunun” toplantısı keçirilib
![Kardiologiya İnstitutunda “Məsləhətləşmə qrupunun” toplantısı keçirilib](/uploads/posts/2020-02/1581059994_157976550611021315_1000x669.jpg)
Akademik C.Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutunda “Məsləhətləşmə qrupunun” toplantısı keçirilib.
Tədbirdə Kardiologiya İnstitutunun direktoru, tibb elmləri doktoru Gülnaz Dadaşova Azərbaycanda ürək-damar xəstəliklərinin mövcud vəziyyəti ilə bağlı məlumat verib.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı öz növbəsində “İlkin səhiyyə üzrə nümayiş” layihəsi barədə danışıb.
Türkiyənin Marmara Universitetindən dəvət olunan Çağrı Kalaça onlayn təlim proqramının təqdimatı ilə çıxış edərək, mövzu barədə hazırladığı videoçarxı iştirakçılara nümayiş etdirib.
Məruzələrdən sonra mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, toplantıda Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov, Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin müdiri Şahin Xasiyev, Səhiyyə Nazirliyinin kardiologiya üzrə baş mütəxəssisi Yusif Nağıyev və başqaları iştirak ediblər.