Tibbi ərazi bölmələri təsdiq edilib

Tibbi ərazi bölmələri təsdiq edilib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə tibbi ərazi bölmələri”ni təsdiq edib. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) tabeliyinə verilən və dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələri inzibati ərazi vahidləri üzrə qruplaşdırılıb. Tibbi ərazi bölmələrinin inzibati ərazi vahidləri üzrə bölgüsü əhalinin sayı, coğrafi ərazi, nəqliyyat infrastrukturu, tibb müəssisələrinin şəbəkəsi və potensialı, həkim və orta tibb işçilərinin sayı nəzərə alınmaqla formalaşdırılıb.
Bu barədə AZƏRTAC-ın yaydığı məlumatda bildirilir ki, Agentlik tərəfindən ümumilikdə 13 tibbi ərazi bölməsi müəyyənləşdirilib. Bir tibbi ərazi bölməsinə bir neçə şəhər/rayon üzrə dövlət tibb müəssisələri daxil edilib.
Həmçinin 3 tibbi ərazi bölməsi istisna olmaqla, digərləri üzrə regionlararası dövlət tibb müəssisələri də müəyyənləşdirilib. Məqsəd tibb müəssisələrinin resurslarından və kadr potensialından səmərəli istifadəni təmin etmək, fəaliyyətlərini optimallaşdırmaq və müxtəlif növ tibbi yardımın əhali üçün əlçatanlığına şərait yaratmaqdır. Bakı, Sumqayıt və Gəncədə tibbi ərazi bölmələri üzrə müəyyənləşdirilmə aparılmayıb, çünki bu şəhərlərdə dövlət tibb müəssisələrinin sayı çoxdur.
Müştərək maliyyələşmə məbləğinin ödənilməsi zamanı sığortaolunanın qeydiyyatda olduğu inzibati ərazi və müraciət etdiyi tibb müəssisəsinin yerləşdiyi tibbi ərazi bölməsi nəzərə alınır.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova