Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları oftalmoloji müayinədən keçiblər
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) tibbi aksiya keçirib.
Mərkəzin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən verilən məlumata görə, tibbi aksiya zamanı AMEA-nın 113 əməkdaşı oftalmoloji müayinədən keçib.
Müayinə olunanlarda akkomodasiyanın spazmı, konyunktivit, presbiopiya, miopiya, hipermetropiya, quru göz sindromu, astiqmatizm, katarakta və s. göz xəstəlikləri aşkarlanıb.
Aksiyanın keçirilməsində məqsəd pasiyentləri operativ şəkildə müayinə və müalicə etmək, onlarda refraksiya anomaliyalarını vaxtında aşkarlamaq, eyni zamanda, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə və həll etməkdir.
Qeyd edək ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikasının Azərbaycanın rayon və şəhərlərində həyata keçirdiyi tibbi aksiyalar mütəmadi xarakter daşıyır.